Top.Mail.Ru

SİYASƏT

TƏCİLİ! Tehrandan üç tərəfli müqavilə ilə bağlı RƏSMİ AÇIQLAMA: İranın 5 VİLAYƏTİNİ…

İran, Azərbaycan və Türkmənistan arasındakı üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək.

KAİM.az xəbər verir ki, bu barədə özünün “Twitter” səhifəsində İran hökumətinin sözçüsü Əli Bahadori yazıb.

Ə.Bahadori bildirib: “Xarici siyasətdəki bütün imkanlara balanslaşdırılmış baxışın nəticəsi olan İran, Azərbaycan və Türkmənistan arasındakı üçtərəfli qaz müqaviləsi İranın 5 vilayətini qazla təmin edəcək. Qonşulara xüsusi diqqət yetirilməklə, xarici əlaqələr sahəsi artıq bir neçə konkret ölkə ilə məhdudlaşmır”.

Loading...

Qeyd edək ki, noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma imzalayıblar.

Razılaşmaya əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə ildə 1,5 – 2 milyard kubmetrədək qaz göndəriləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button