Top.Mail.Ru

SİYASƏT

İran XİN rəhbəri: “İlham Əliyev ümidverici açıqlamalar verdi” – FOTO

“İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində Aşqabadda Azərbaycanın xarici işlər naziri ilə pozitiv və dostcasına görüşümüz oldu. Son həftələrdə iki ölkə arasındakı bu xoş görüşə hazırlıq gedirdi. Əldə olunan razılaşmalar hər iki ölkənin xalqlarının maraqlarına cavab verir”.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Aşqabadda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü barədə sosial şəbəkə hesabında yazıb.

“İki ölkə prezidentlərinin iradəsi münasibətlərin hərtərəfli inkişafına əsaslanıb. Tranzit, energetika, turizm, mədəniyyət və s. sahəsində əməkdaşlıq tərəflərin vurğuladığı və razılaşdırdığı sahələr sırasındadır.

Loading...

Azərbaycan Prezidenti ümidverici fikirlər səsləndirib və nələrin ediləcəyini vurğulayıb. İki prezidentin görüşündən bir gün əvvəl siyasi və diplomatik səviyyələrdə, o cümlədən təhlükəsizlik səviyyəsində vacib məsləhətləşmələr aparılıb. Qonşularımızla münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik”, – deyə İran XİN rəhbəri bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button