Top.Mail.Ru

bannerSİYASƏT

Türk polkovnik sərhəddəki təxribatların ŞİFRƏSİNİ AÇDI: “Erməniləri ABŞ, Fransa, Rusiya və İran QIZIŞDIRIR”

Artıq bir neçə gündür sərhəddə davam edən gərginlik nisbətən səngiməyə başlayıb. Rusiyanın vaszitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunub. Lakin ekspertlər atəşkəsin uzun sürəcəyinə də inanmırlar.

Əslində, haqsız da deyillər. Çünki Ermənistan son və həlledici danışıqlarda masaya əligüclü oturmaq istəyirlər. Bunun üçün də maksimum dərəcədə sərhəddə təxribatlara əl atırlar. Bir neçə gün əvvəl Laçın və Kəlbəcər istiqamətində təxribat törədən düşmən 7 əsgərimizin Şəhid olmasına səbəbkar oldu. Dünən gecə satlarında isə Tovuz istiqamətində də mövqelərimizin atəşə tutulduğu xəbəri yayılıb.

Bütün bunların fonmunda haqlı olaraq bir sıra suallar meydana çıxır. Bölgədə döyüşlər davam edəcəkmi? Ermənistan bu təxribatları ilə nə məqsəd güdür?

Loading...
Yazının davamı reklamdan sonra

Bu sualların bir çoxuna Türkiyənin tanınmış hərbi eklsperti Abdullah Ağar cavab verib. O deyib ki, Ermənistanın belə təxribatları ilk deyil. “Sərhəddə müharibədən indiyə qədər davamlı olaraq təxribatlar yaşanır. Lakin sonuncu ən qüvvətlisi oldu. Niyə?

Qələbənin birinci ilində baş verən hadisələr önəmlidir. İkincisi, bizim Türk Dövlətləri Birliyinin təməlinin yeni şəkil almasıdır.

Türk dövlətləri vahid valyutaya keçə bilər? – Ekspertdən açıqlama » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Bununla yanaşı, təşkilatın Zəngəzur dəhlizi ilə bağlı iradə ortaya qoyması da şərtlərdən biridir. Təbii ki, bu həm Ermənistanı, həm Ermənistandakı revanşistləri, həm də onların arxasında dayanan bəzi ölkələri çox narahat edir”.

Türk ekspert hesab edir ki, xüsusi olaraq Zəngəzur Dəhlizinin geopolitik bir həqiqət olaraq müqaviləylə təminat altına alınması proseslərdə tətikləyioci rol oynayıb. “Rusiyanın bu məsələdə imzası var. Rusiya da bu işdə özünü üsyankar aparır. Bu aspektdən baxıldıqda, yeni bir vəziyyətlə üz-üzəmi qalmışıq? Bunu zaman göstərəcək. Amma böyük bir etimadsızlığa gətirib çıxaracağını da qeyd etməliyik. Ortaya çıxan bu geopolitik həqiqətdən həm Ermənistan, həm də onun arxasında dayanan güclər də narahatdırlar. Qələbəni heç bir şəkildə qəbul edəı bilmirlər. Sən əvvəlcə Azərbaycandan torpaq qoparmaq üçün müharibə elə, sonra torpaq itir. Bu şübhəsiz, çox acıqlarına gəlir”.

Abdullah Ağar kimdir? Kaç yaşında? Nereli? Hangi rütbede emekli oldu? Ne iş yapar? Nerede öğretim üyesi?

Abdullah Ağar deyir ki, Qarabağda əldə olunan qələbə, sıradan bir hadisə deyil. Onun sözlərinə görə, bu hadisə həm də simvolıik məna daşıyır. “200 ildir parçalanmaqda və kiçilməkdə olan Azərbaycan ilk dəfə torpaq əldə etdi. 1828-ci il Türkmənçay müqaviləsindən sonra davamlı olaraq Azərbaycan bölünür, torpaq itirir. İlk dəfə torpaqlarının bir hissəsini geri qaytardı. İndi isə bu hadisənin geopolitik bir həqiqət və simvolik dəyəri var. Bu da kimlərisə çox narahat edir. Qarabağ Zəfəri təkcə, Qarabağı işğaldan azad etmə qələbəsi deyildi. Bu son dərəcə böyük məna daşıyan bir qələbədir. Bu, Azərbaycanın həqiqi bir dövlət olmaq müharibəsidir. Həqiqi bir dövlət olduğunu isbat etmək üçün bir müharibədir. Bu çox əhəmiyyətlidir. Digər tərəfdən də strateji naliyyətlər, qələbələr var bu işdə. Bunları Azərbaycanın əlindən almaq istəyirlər. Bir qarışıqlıq yaradıb, “oldu-bitdi” səviyyəsinə endirmək istəyirlər”.

Ermənistandan müqəvva kimi istifadə edilməsinə çalışıldığını deyə türk hərbi ekspert qeyd edir ki, İrəvan da məhz bu reallaıq üzərindən hərəkət edir. “Ermənistan “Sərhəd bəlli deyil, Azərbaycan bizim torpaqlarımıza təcavüz edir” kimi sözlər deyir.

Təxribatlarında istifadə etdikləri bəhanələr də bundan ibarətdir. Əslində, sərhədlər məlumdur. Azərbaycan müstəqillkiyini elan edər, etməz işğalla üz-üzə qaldı. Azərbaycan bir sərhəd zastavası belə qura bilmədi. İndi isə təbii olaraq, həmin məntəqələrə nəzarətini bərpa etməyə çalışır. Ruslarda olan xəritələr bunun üçün əsas dəlildir. Ermənistan isə buna durmadan etiraz edir.

Ümid sənədir ancaq, Azərbaycan əsgəri! | "Nuhçıxan" İnformasiya Agentliyi

Gecənin qaranlığında, sərhəddə bir boş yer tapıb, Azərbaycan əsgərinin olmadığını görüb, orada özlərinə zastava qururlar. Burada özlərinin varlıqlarını göstərməyə çalışırlar. Azərbaycan da bununla razılaşmır və toqquşma baş verir”.

Abdullah Ağar bildirir ki, xəritə məsələsi bəhanədir və ortada sərhədləri müəyyən edən ciddi sənədlər, o cümlədən dəqiq xəritələr var. “Çox qəribə məsələdir.

Azərbaycanın torpaq xəritəsi məlumdur. Amma bunu Ermənistana qəbul etdirə bilərsənmi? Bureada əslində, oyun olduğu dəqiqdir. Ermənistanın arxasında biriləri olmasa, bu işləri görə bilməz. Böyük oyunu ikitərəfli, üçtərəfli oynayırlar”.

İrəvandakı izdihamlı mitinqin arxasında hansı mətləblər dayanır? - Erməni xalqının ölüm-qalım dilemması » Missiya.az - Missiya İnformasiya Agentliyi

Türk hərbi ekspert yekun olaraq, Ermənistanın arxasında dayanan güclərin kimlərdən ibarət olduğunu da açıqlayıb. O, hadisələrin türk dövlətlərinin bir araya gəlməsi ilə də bağlı olduğunu qeyd edir. Ağar vurğulayır ki, türk dövlətlərinin vahid təşkilatda birləşməsi bir çox ölkələrin narahatlığına səbəb olub. “Əslində, narahatlıq 3 ölkədən ibarət olan ATƏT-in Minsk Qrpu adlı qondarma qurumdakı dövlətlərindir. ABŞ, Fransa və Rusiya ilə yanaşı, İran da baş verənlərdən narahatdır. Vəziyyət belədir. Qeyd edim ki, Ermənistan Yunanıstanla bərabər həm qərbin, həm də şərqin dəstəyini almağı bacaran nadir ölkələrdən biridir. Bunun başlıca səbəbi isə türklərlə düşmənçilik etmələrdir”.

Xatırladaq ki, Abdullah Ağar Türkiyə Kara Hərb Okulunun məzunlarından biridir. O, Türkiyənin ən elit qoşun növü olan Xüsusi Təyinatlıların komandirlərindən biri olub. O, uzun müddət Şimali İraqda PKK-ya qarşı döyüşüb. Həmçinin Azərbaycanda da xidmət edib. Hazırda polkovnik olan Abdullah Ağar uzun müddətdir terrorla mübarizə və təhlükəsizlik məsələləri üzrə ekspert kimi fəaliyyət göstərir. //JAMAZ.İNFO

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button