Top.Mail.Ru

SİYASƏT

“Hər şey göz qabağında, Paşınyan sadəcə proqram yerinə yetirir, pult Kremldədir…”

Aleksandr Soljenistin: “Rusiyanın dostu yoxdur, ya düşməni var, ya da nökəri”  

 

İnanmağım gəlmir…Heç inamağım gəlmir… Necə yəni,  2020 – ci ilin may ayında Şuşada – Cıdır düzündə yallı gedib, “Qarabağ  Ermənistandır və nöqtə” deyən Paşinyan 180 dərəcə dəyişdi?!  Və paralel olaraq Xankəndindəki “qondarma prezident” bizə qarşı od püskürdü…Nədir axı bu oyunun pərdə  arxası gizlinləri?!  Hə… təlimat ordan- Kremldən gəlir…Bu oyunun moderatoru elə onun özüdür…Yəni, Paşınyan, sən çəkil kənara, dəhlizlə, zadla məşğul ol, Xankəndi mənlikdir… Ay səni öləsən, belə yerdə deyirlər, donuz girdi darıya…
Amma, zarafata salmaq olmaz, bu qorxulu  tendensiya, gələcəyə hesablanmış xain planıdır. Moskva, 25 min erməninin yaşadığı Xankəndini Abxaziya, Osetiya, Dnestiryanı, Donbas qismində görür…Belə olmasaydı, Xocalıda kilsə tikib, rus ziyalılarının heykəlləri ilə Xankəndini bəzəyərdi?! Belə olmasaydı,1960 nəfər ” sülhməramlı” əvəzinə  10 min qoşun yeridərdi Qarabağa?! Hər şey göz qabağında…Paşınyan sadəcə proqram yerinə yetirir… Pult Kremldədir…
Bilmirəm, bəlkə yanılıram, bəlkə düz fikirləşmirəm?! Bəlkə də… Onu yaxın zaman göstərəcək. Allahdan bircə arzum var ki, təki dediklərim düz olmasın. Amin!
Ağalar Bayramov, Əməkdar artist, bədii qiraət ustası

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button