Top.Mail.Ru

bannerSİYASƏT

İrəvana XƏBƏRDARLIQ: “Rusiya ilə münasibət bərpa edilməsə Türkiyə vilayətinə ÇEVRİLƏCƏK”

“Cənubi Qafqaz regionunda hökm sürən hərbi-siyasi gərginlik bitməyib. Hətta müxtəlif proseslərlə bağlı qaranlıq məsələlərin sayı da çoxalıb. Bunun əsas səbəbi Qarabağda törədilən üstüörtülü hadisələr, Ermənistan-Türkiyə münasibətlərində baş verən sirrli dəyişiklik, həmçinin Türkiyə və Azərbaycan hakimiyyətinin regionda öz təsirlərini gücləndirmək məqsədilə atdığı addımlardır.”

KAİM.az xəbər verir ki, bunu onlayn erməni mətbuatı News.am-a müsahibəsində rusiyalı politoloq Andrey Areşev deyib.

Loading...

Areşevin fikrincə, hazırda regiondakı proseslər sabit vəziyyətdə deyil və 2022-ci il ərzində də belə davam edəcək:

“Tərəflərin bölgədə sabit vəziyyət yaratmaq üçün diplomatik platformalar formalaşdırma cəhdlərinə baxmayaraq, bizi olduqca münaqişəli günlər gözləyir. Çatışmamazlıqlar həm dövlətlərarası, həm də daxili xarakter daşıyacaq.”

Ekspert Paşinyanın verdiyi bəyanatların birmənalı qarşılanmadığını, Rəsmi Bakının “Qarabağ Azərbaycandan kənarda mövcud ola bilməz” arqumenti kimi nüansları xatırladaraq qeyd edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması da Ermənistanda müxtəlif qruplar tərəfindən qəzəblə qarşılanacaq:

“Ankaranın şərtləri ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi ölkədə (red. Ermənistanda) miqyassız gərginliklərə səbəb olacaq. Lakin, Türkiyənin Rusiya və İranla münasibətləri düzgün istiqamətdə irəliləməsə belə bölgədəki problemlərin həlli üçün vacib addımlar atılacaq. Biz Rusiyanın siyasi-diplomatik səylərini də bura daxil etməliyik. Çünki, Rusiya radikal hərbi ssenarilərdən qaçmaq üçün imkanlar yaradacaq”

Andrey Areşev ABŞ-ın Qafqazdakı rolundan bəhs edərkən bildirib ki, Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasında Amerikadakı bəzi müəyyən dairələrin maraqları var. Azərbaycanın daha çox Gürcüstan və Türkiyə ilə müsbət münasibətlərinin olduğuna baxmayaraq, Türkiyə Ermənistanın da daxil olduğu geosiyasi məkanın formalaşmasında maraqlıdır:

“Düşünürəm ki, Türkiyənin istifadə etməyə çalışdığı indiki Ermənistan hakimiyyəti ilə bunu etmək daha asandır. 2022-ci ilin ilk aylarında bölgədə kifayət qədər maraqlı dinamika olacaq. Hazırki Ermənistan hakimiyyətinin xarici siyasətdə yenidənqurma məqsədilə atdığı addımlar nəzərəçarpacaq dərəcədədir.”

Rusiyalı ekspertin sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşacağı təqdirdə növbəti addım Gümrüdə yerləşən Rusiya bazasına və ümumilikdə Rusiyanın hərbi mövcudluğuna diqqətin artırılması olacaq. Bu baxımdan Ermənistan hakimiyyəti nə istədiklərinə qərar verməlidir: ya təhlükəsizlik sahəsində Rusiya ilə keçmiş münasibətləri təkrar bərpa etməli, ya da demoqrafik, siyasi və hərbi xərclərlə bağlı Türkiyə vilayətinə çevrilməlidir.

“Moskva dəyişən vəziyyətə uyğun hərəkət edəcək, çünki bizim prioritetimiz regionda sülhü qorumaq və hərbi aktivliyin qarşısını əlimizdən gələn qədər almaqdır.”- deyə Andrey Areşev bildirib.

O,  müsahibəsini “Paşinyan xaricdən ciddi səviyyədə dəstək alır və partiyasına çox yüksək məbləğdə pullar xərclənir. 2021-ci il göstərdi ki, onun partiyasının arxasında siyasi texnoloqlar komandası dayanır və hakimiyyəti uzunmüddəti olacaq” sözləri ilə yekunlaşdırıb.

Kənan Bahadır

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button