Top.Mail.Ru

bannerSİYASƏT

TƏCİLİ! Ərdoğan və Əliyev arasında QAZAXISTAN MÜZAKİRƏSİ: Türk Dünyası Təşkilatı…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan həmkarları İlham Əliyev, Kasım-Jomart Tokayev, Sadır Japarov və Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb.

KAİM.az bu barədə Türkiyə Prezidenti ofisinin yaydığı məlumata istinadən xəbər verir.

“Prezident Ərdoğan Azərbaycan, Qırğızıstan və Özbəkistan prezidentləri İlham Əliyev, Sadır Japarov və Şavkat Mirziyoyev ilə danışıqlar zamanı sabitlik və təhlükəsizliyin region, xüsusən də qonşuları üçün vacib olduğunu vurğulayıb. O, qardaş Qazaxıstanın bu problemin öhdəsindən dialoq yolu ilə gələcəyinə əminliyini ifadə edib”, – Türkiyə prezidentinin ofisinin yaydığı bəyanatda deyilir.

Loading...

Tokayevlə danışıqlar zamanı Ərdoğan qeyd edib ki, o, qardaş və dost Qazaxıstanda baş verən hadisələrin inkişafını diqqətlə izləyir, həlak olanların yaxınlarına başsağlığı verir və yaralıların sağalmasını arzulayır.

Prezident Ərdoğan Qazaxıstanla həmrəy olduğunu bildirib və vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı da Qazaxıstanı dəstəkləyir.

“Lazım gələrsə, Türkiyə istənilən texniki bilik və təcrübə mübadiləsinə hazırdır”, – Ərdoğan qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button