Top.Mail.Ru

SİYASƏT

SON DƏQİQƏ! Gözlənilən bəyanat AÇIQLANDI: Rusiya və bu iki ölkəyə NOTA VERİLDİ

Bosniya və Herseqovina Xarici işlər naziri Bisera Turkoviç Banya Lukada qeyri-qanuni qeyd edilən “9 Yanvar Serb Respublika günü” tədbirlərinə nümayəndə göndərən Rusiya, Çin və Serbiyaya diplomatik nota verildiyini açıqlayıb.

KAİM.az xəbər verir ki, Turkoviç bu üç ölkəyə verilən notada belə tədbirlərdə rəsmi iştirakın Bosniya və Herseqovinanın daxili işlərinə ağır müdaxilə olduğunu vurğulanıb.

Loading...

Notada belə addımların Bosniya və Herseqovina ilə ikitərəfli əlaqələri poza biləcəyi bildirilib.

Bosniya və Herseqovinanın Banya Luka şəhərində konstitusiyaya zidd olmasına baxmayaraq, “9 Yanvar Serb Respublikası günü” qeyd edilib.

Serbiya parlamentinin spikeri İvitsa Daçiç və Serbiya Baş naziri Ana Brbaniç, eləcə də Rusiya və Çinin Sarayevodakı səfirləri bayram mərasimlərində iştirak ediblər.

Bosniya və Herseqovina Konstitusiya Məhkəməsi 2015-ci ildə o vaxtkı Prezident Şurasının üzvü Bakir İzetbeqoviçin tələbi ilə “Serb Respublikası günü”nü konstitusiyaya zidd elan edib. Qərardan sonra Serb Muxtar Respublikası “9 Yanvar Serb Respublikası günü”nün tanınması üçün referendum keçirib, amma Bosniya və Herseqovina Konstitusiya Məhkəməsi bu referendumu tanımayıb və bu günün qeyd olunmasını qadağan edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button