Top.Mail.Ru

SİYASƏT

Qazaxıstanın baş naziri Türkiyəyə təşəkkür etdi

Türkiyə prezidentinin köməkçisi Fuat Oktay Qazaxıstanın baş naziri Alixan Smailov ilə telefon danışığı aparıb.

KAİM.az xəbər verir ki, söhbət zamanı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə edilib.

Ölkədə baş verənlərin təəssüf doğurduğunu deyən Oktay hər zaman qardaş xalqa dəstək verməyə hazır olduqlarını bildirib. Türkiyə prezidentinin köməkçisi dost Qazaxıstanın dövlət ənənəsi və qazax xalqının sağlam düşüncəsi ilə bu problemin öhdəsindən gələcəyinə və prosesdən daha güclü çıxacağına şübhə etmədiklərini vurğulayıb.

Loading...
Yazının davamı reklamdan sonra

Smailov isə çətin dövrdə göstərilən dəstəyə görə Türkiyəyə minnətdarlıq edib. O, qardaş ölkə ilə münasibətləri yüksək qiymətləndirərək Türkiyənin Qazaxıstanın strateji tərəfdaşı olduğunu diqqətə çatdırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button