Top.Mail.Ru

SİYASƏT

YAP-ın 64 şəhər və rayon təşkilatına yeni sədrlər TƏYİN OLUNDU – SİYAHI / YENİLƏNİB

Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasın müzakirəsinə “Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi” məsələsi çıxarılıb.

KAİM.az xəbər verir ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra partiyanın həyatında yeni mərhələ başlayıb, yeni qəbul olunmuş Nizamnaməyə əsasən partiyanın yeni strukturu müəyyən edilib. Vurğulanıb ki, Nizamnaməyə əsasən partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz.

Mərkəzi Aparatın rəhbəri qeyd edib ki, artıq ötən ilin sentyabr ayından partiyanın Bakı şəhəri üzrə təşkilatlatlarının sədrləri öz vəzifələrinin icrasına başlayıblar. Ötən dövr ərzində respublikanın digər şəhər və rayonları üzrə yerli təşkilatların sədrliyinə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı geniş təhlillər, müzakirələr aparılıb və yekun olaraq təklif olunan namizədlərin siyahısı hazırlanaraq əvvəlcədən İdarə Heyətinin üzvlərinə təqdim olunub.

Loading...
Yazının davamı reklamdan sonra

Müzakirələr zamanı çıxış edən YAP İdarə Heyətinin üzvləri Cavid Osmanov, Asif Əsgərli, Ramin Məmmədov, Şahin İsmayılov, Hikmət Babaoğlu, Elmar Qasımov, Anar İsgəndərov və Eldar İbrahimov yerli təşkilatların sədrliyinə layiqli namizədlərin irəli sürüldüyünü qeyd ediblər.

Müzakirələrdən sonra səsvermə keçirilib və aşağıdakı şəxslər yerli təşkilat sədrləri təyin olunub:

Hüseynov Ramiz Ağəli oğluYAP Sumqayıt şəhər təşkilatı
Əliyev Abbas İslam oğluYAP Abşeron rayon təşkilatı
Quliyev Ayaz Sərvər oğluYAP Xızı rayon təşkilatı
Abdullayev Füzuli Tahir oğluYAP Ağsu rayon təşkilatı
Muradov Zaur Fazil oğluYAP İsmayıllı rayon təşkilatı
Qasımov Qasım Nurməhəmməd oğluYAP Qobustan rayon təşkilatı
Qasımlı Tural Şahnəzər oğluYAP Şamaxı rayon təşkilatı
Orucov Ramil Mayıl oğluYAP Gəncə şəhər təşkilatı
Heydərov Rövlan Nəsib oğluYAP Naftalan şəhər təşkilatı
Yolçuyev Meydanəli Binəli oğluYAP Daşkəsən rayon təşkilatı
İsmayılov Elçin Şəmil oğluYAP Goranboy rayon təşkilatı
İsayev Vüqar Sabir oğluYAP Göygöl rayon təşkilatı
Bayramov Gündüz Çankay oğluYAP Samux rayon təşkilatı
Əhmədov Rövşən Nağı oğluYAP Ağcabədi rayon təşkilatı
Quliyev Mansur Söhbət oğluYAP Ağdam rayon təşkilatı
Şadlinskaya Faqət Nəcəb qızıYAP Bərdə rayon təşkilatı
Həşimova Almaz Ələkbər qızıYAP Füzuli rayon təşkilatı
Əliyev Vahid Surxay oğluYAP Xocalı rayon təşkilatı
Hüseynov Vüsal Cavay oğluYAP Xocavənd rayon təşkilatı
Əliyev Təvəkkül Böyükkişi oğluYAP Şuşa rayon təşkilatı
Əsədov Eldar Garay oğluYAP Tərtər rayon təşkilatı
Hacıyev Etibar Cəfər oğlu YAP Ağstafa rayon təşkilatı
Nağıyev Rüstəm Vaqif oğluYAP Gədəbəy rayon təşkilatı
Nəbiyev Anar Telman oğluYAP Qazax rayon təşkilatı
Vəliyev Fəxrəddin Vəli oğluYAP Şəmkir rayon təşkilatı
Pənahov Nihad Məmmədtağı oğlu YAP Tovuz rayon təşkilatı
Balaqadaşov Məhəmməd Müslüm oğluYAP Xaçmaz rayon təşkilatı
Nəbizadə Fidan Nizami qızıYAP Quba rayon təşkilatı
İbramxəlilov David Nurəddin oğluYAP Qusar rayon təşkilatı
Baxşıyev Samir Vadim oğluYAP Siyəzən rayon təşkilatı
Balabəyov Mehdi Eyyub oğluYAP Şabran rayon təşkilatı
Cəfərov Həbib Zərxan oğluYAP Astara rayon təşkilatı
Mirxaslı Mirsüleyman Mirismayıl oğluYAP Cəlilabad rayon təşkilatı
Mirzəyev Malik Soltanağa oğlu YAP Lerik rayon təşkilatı
Əmənullayev İqbal Qabil oğluYAP Lənkəran şəhər təşkilatı
Əliyev Seyfəddin Abusət oğluYAP Masallı rayon təşkilatı
Alışov Anar Xalıq oğluYAP Yardımlı rayon təşkilatı
Yusubov Cavanşir Nəriman oğluYAP Mingəçevir şəhər təşkilatı
Rəcəbov Əlişah Rəcəb oğluYAP Ağdaş rayon təşkilatı
Şükürov Sahib Yunis oğluYAP Göyçay rayon təşkilatı
Cəbrayılov Ayaz Akif oğluYAP Kürdəmir rayon təşkilatı
Abdullayeva Şəhla Əhməd qızıYAP Ucar rayon təşkilatı
Əliyev Rafiq Vaqif oğluYAP Yevlax rayon təşkilatı
Əliyev İlkin Böyükağa oğluYAP Zərdab rayon təşkilatı
Səfərov Müşfiq Arzuman oğluYAP Beyləqan rayon təşkilatı
Ağayev Səfa Malik oğluYAP İmişli rayon təşkilatı
Şıxəliyev Lütvəli İbrahim oğluYAP Saatlı rayon təşkilatı
Rüstəmov Varis Rüstəm oğluYAP Sabirabad rayon təşkilatı
Balayev Azad Rizvan oğluYAP Balakən rayon təşkilatı
Allahverdiyev Natiq Şükür oğluYAP Qax rayon təşkilatı
Ağasəfov Abil Adil oğluYAP Qəbələ rayon təşkilatı
Məhərrəmov Saleh Calal oğluYAP Oğuz rayon təşkilatı
Mikayılov Daşqın Gündüz oğluYAP Şəki şəhər təşkilatı
Qurbanov Habil Qurban oğluYAP Zaqatala rayon təşkilatı
Fərzəliyev Arif Aydın oğlu YAP Cəbrayıl rayon təşkilatı
Misirov Həbib Məhərrəm oğluYAP Kəlbəcər rayon təşkilatı
Rüstəmov Təhmasib İbrahimxəlil oğluYAP Qubadlı rayon təşkilatı
İlyasov İlqar Süleyman oğluYAP Laçın rayon təşkilatı
Quluzadə Natiq Qurban oğluYAP Zəngilan rayon təşkilatı
Qəhrəmanov Zahir Məmmədyar oğluYAP Şirvan şəhər təşkilatı
Qurbanlı Kamil Məhəmməd oğluYAP Biləsuvar rayon təşkilatı
Əmirəslanov Elnur Mehman oğluYAP Hacıqabul rayon təşkilatı
Fərzəliyev Ülvi Cəlil oğluYAP Neftçala rayon təşkilatı
Əhmədov Elmar Ağakişi oğluYAP Salyan rayon təşkilatı

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yeni təyin olunan yerli təşkilatların sədrlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

İclasda həmçinin, YAP-ın Şəki şəhər təşkilatın sabiq sədri Həsən Həsənov, Gəncə şəhər təşkilatının sabiq sədri, YAP Təftiş Komissiyasının üzvü Naqif Həmzəyev, Abşeron rayon təşkilatının sabiq sədri Bilman Vəliyev çıxış edərək ötən dövr ərzindəki fəaliyyətlərinə verilən müsbət qiymətə görə təşəkkür edib və yeni sədrlərə işlərində nailiyyətlər arzulayıblar.

Eyni zamanda, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova və yeni təyin olunmuş Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov göstərilən yüksək etimada görə təşəkkürlərini ifadə edərək bu etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

İclasın sonunda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşıda dayanan vəzifələrdən danışıb və qeyd edib ki, bu il partiyamızın təsis olunmasının 30 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanır. Yubiley ili çərçivəsində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.

İclasda, həmçinin cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

*****

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələ daxil edilib.

İclasda YAP-ın 64 rayon və şəhər təşkilatına yeni sədrlər təyin olunub.

Onların bir neçəsinin adlarını təqdim edirik:

Ramil Orucov – Gəncə şəhər təşkilatı

Ramiz Hüseynov – Sumqayıt şəhər təşkilatı

Şəhla Abdullayeva – Ucar rayon təşkilatı

Əlişah Rəcəbov – Ağdaş rayon təşkilatı

Elmar Əhmədov – Salyan rayon təşkilatı

Sahib Şükürov – Göyçay rayon təşkilatı

Meydanəli Yolçuyev – Daşkəsən rayon təşkilatı

Qeyd edək ki, YAP-ın Gəncə şəhər təşkilatının sədri deputat Naqif Həmzəyev, Ağdaş rayon təşkilatının sədri isə deputat Cavid Osmanov idi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button