Top.Mail.Ru

SİYASƏT

Ərdoğandan KRİTİK ADDIM: Bundan sonra Türkiyə Cənubi Qafqazda…- Rusiyanın ÖNÜNƏ KEÇİR

“Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında aparılan danışıqlar müsabətə doğru dəyişir. Hesab edirəm ki, bu, Ankaranın Şərqi Avropa və Qara dənizdə Rusiyanın qarşısında daha da güclənməsi deməkdir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin sözlərinə görə, Ukraynadakı müharibədən sonra Türkiyə-Rusiya əməkdaşlığı əəəvlki səviyyədə olmayacaq:

Loading...
Yazının davamı reklamdan sonra

“Türkiyə aralarındakı yüksək səviyyəli əməkdaşlığa baxmayaraq, Rusiyanın apardığı siyasəti regional təhlükəsilziyə təhdid görür. Düşünürəm ki, Türkiyə bundan sonra Rusiyadan silah almayacaq. Artıq xüsusilə “S-400” hava müdafiə sistemlərinin növbəti partiyasının alınması və Türkiyədə birgə istehsalı real görünmür.

Eyni zamanda, bu müharibə Rusiyanın silah ticarəti bazarına mənfi təsir göstərməklə yanaşı, öz yerinin Türkiyənin əlinə keçməsi də mümkündür. Türkiyənin modern silahları Rusiyanın hərbi sənaye kompleksinin məhsullarını geri qoyur. Bu, Qarabağdan sonra Ukraynada da sübut olundu. Bundan əlavə, Rusiya-Ukrayna müharibəsinin nəticələrindən biri də o olacaq ki, Türkiyə Şərqi Avropa, Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı mövqelərini gücləndirəcək. Bu bölgələrdəki nüfuz mübarizəsində Türkiyənin Rusiyanın önünə keçəcəyini indidən demək mümkündür”.

Məhəmməd Əsədullazadə Rusiya və Ukryannın Ankaranın vasitəçiliyi ilə sülh anlaşması əldə etməsini də mümkün hesab edir:

“Əgər Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin prezidentini İstanbulda bir araya gətirib sülh müqaviləsinin bağlanmasına nail olsa, Ankara beynəlxalq sülh yardan ölkə statusunu alacaq. Həmçinin bu, Türkiyə daxilində Ərdoğanın reytinqini yüksəldəcək. Bu isə 2023-cü ildə Türkiyədə keçiriləcək seçkilərdən əvvəl Ərdoğana qalibiyyət xalları qazandıra bilər.

Təbii ki, AKP və ya Ərdoğanın hakimiyyətdə qalması Azərbaycanın da maraqlarına cavab verir. Regionda başlayan yeni geostrateji porseslərin davamı və Türkiyənin öz üzərinə götürdüyü uğurlu rol da AKP-nin hakimiyyətdə qalmasını labüd edir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button