Top.Mail.Ru
SİYASƏT

AŞPA Azərbaycan əleyhinə qətnaməni təsdiqlədi

Avropa Şurası Parlament Assambleyasının yanvarın 24-də axşam iclasında Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair 15898 saylı qətnaməni təsdiqləyiblər.

Musavat.com xəbər verir ki, 76 deputat “lehinə”, 10 deputat “əleyhinə”, 4 nəfər bitərəf qalıb.

Saytların yığılması Saytların yığılması

Yalnız Ukrayna və Türkiyənin nümayəndələri Azərbaycanı dəstəkləyib, qətnamənin əleyhinə çıxış ediblər.
Sonda qətnamə müəllifləri vurğulayıblar ki, Azərbaycan AŞPA-dan qovulmur, sadəcə olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir və bu istiqamətdə konkret addımlar atmağa çağırılır.

Onu da bildirək ki, Azərbaycan nümayəndə heyəti hələ səsvermədən əvvəl təşkilatı tərk edib. AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında azərbaycanlı nümayəndə heyəti AŞPA-da qarşılıqlı fəaliyyətini və mövcudluğunu dayandırmaq qərarına gəlib.

Bənzər yazılar