Top.Mail.Ru
SİYASƏT

“Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq” – Prezident İlham Əliyev

Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü hər bir Türk dünyasına mənsub olan insanı sevindirir.

KAİM.az  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

Saytların yığılması Saytların yığılması

“Və təbii ki, Azərbaycan sizin uğurlarınıza öz uğurları kimi sevinir. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatanda Azərbaycan ərazi bütövlüyünün böyük hissəsini işğaldan azad etmişdir. Bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz qardaşımın çox qəti və açıq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarının bu işə müdaxilə etməsindən kənarda saxladı, “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır”. Bu siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh yolu ilə çözə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində çözdük. Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq”, – Prezident əlavə edib.

Bənzər yazılar

Bunu da oxu
Close