SİYASƏT
Dünyanın gözü TÜRKİYƏDƏ – Ərdoğanın bu addımı… – SON DƏQİQƏ
NATO-nun baş katibi Yens Stoltenberq İsveçin NATO-ya qəbul protokolu ilə bağlı qərarına görə Türkiyə prezident Ərdoğana təşəkkür edib.
Protokolla bağlı açıqlamanı ABŞ dövlət katibi Antoni Blinken verib.
“Prezident Ərdoğanın İsveçin NATO-ya üzvlük protokolunu təsdiq etməsini alqışlayırıq. Biz sənədləri almağı və İsveçi NATO-nun 32-ci üzvü kimi qarşılamağı səbirsizliklə gözləyirik. İsveç və alyans birlikdə daha güclüdür” – Blinken sosial media hesabından verdiyi açıqlamada qeyd edib.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında keçirilən müzakirələrdən sonra İsveçin NATO-ya üzvlük prosesinin təsdiqi ilə bağlı protokol səsə qoyulub. Təklif səs çoxluğu ilə qəbul edilib.