Top.Mail.Ru
SİYASƏT

Ərdoğandan SƏRT SÖZLƏR: “Onlar kor və kardır, çünki…”

“Qərb ölkələri daha çox uşağın öldürülməsi üçün İsrailə qeyd-şərtsiz dəstək verir. Qərb kor və kardır”

Musavat.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 39-cu Nazirlər Toplantısında çıxışı zamanı deyib.

Saytların yığılması Saytların yığılması

Ərdoğan qeyd edib ki, beynəlxalq media qurumları öldürülən həmkarları üçün bir cümlə belə deyə bilmir.

“Bunlar bizə illərlə demokratiya və hüquq dərsi verdi. Mətbuat azadlığından danışanlar bunlar deyildimi? Onların ideologiyaları, bəyannamələri, prinsipləri məhv edilib. HƏMAS-ı bəhanə edərək bu qədər günahsız insanın ölümünü ört-basdır etməyə çalışanların bəşəriyyətə deyəcək sözü qalmayıb” – Ərdoğan bildirib.

Bənzər yazılar