Top.Mail.Ru
SİYASƏT

Günün görüntüsü: Gerçək “veni, vidi, vici” mənzərəsi -VİDEO

Bu şəkil bu gün Xankəndidə çəkilib. Görüntüdəki simanı hər kəs tanıyır: Azərbaycan dövlətinin başçısı İlham Əliyev.

Əslində şəklin əlavə şərhə ehtiyacı yoxdur, hər kəs görür ki, Prezident seçki məntəqəsindədir, səs verir, necə deyərlər, səsvermə hüququndan istifadə edir.

Saytların yığılması Saytların yığılması

Ancaq bu görüntüləri əlamətdar edən məqamlar var. Biri odur ki, 35 il öncədən başlayaraq ta ötən ilin sentyabrına qədər bu şəhərdə – Xankəndidə “Bakı, sabahın xeyir” deyən yox idi. Bu gün var.

İkinci məqam: 1988-ci ildən ta bu günə qədər bu seçki məntəqəsində çox səsvermələr keçirilib, amma hamısının səs-sorağı başqa olub. Hər dəfə seçki məntəqəsinə gələn erməni seçicilər bizə qarşı daha artıq dozalı düşmənçilik ritorikası ilə çıxış edənlərə səs verirdilər.

c5df45e3-76c2-4b06-b45a-e674f438733c.jpg (136 KB)

Onlar elə bilirdilər ki, bu şəhəri, Qarabağın dağlıq hissəsini, düzən Qarabağ 5 rayonunu tutublar və məsələ bitib. Ermənilər zaman-zaman, xüsusilə də seçkilərdə və digər əlamətdar günlərdə Yuli Sezarın dilə gətridiyi “veni, vidi, vici” (“gəldim, gördüm, qalib gəldim”) havasına girirdilər.

Ötən illərdə saakyanların, qukasyanların, arutyunyanların bu şəhərdəki seçki məntəqələrində səs verdikləri yerdə çəkilmiş bənzər şəkilləri yayılardı. Biz də Bakıdan baxardıq, ürəyimizdən qara qanlar axar, hiddətlənərdik. İndi ölkəmizin başçısı Xankəndidə səs verir, onlar isə Bakıdan baxır, ürəklərindən qara qanlar axır, hiddətlərini isə büruzə verə bilmirlər.

Əsl “veni, vidi, vici”, bax, belə olur. Qalib gəldi, getdi, gördü, səsini də orda verdi.

Bənzər yazılar