Top.Mail.Ru
SİYASƏT

İki ölkənin dostluğu gözlənilməz sonluqla BİTDİ – “Artıq Azərbaycana arxalanırıq”

KAİM.az xəbər verir ki, bu barədə Rusiyanın Tsargrad.tv saytı yazır.

Saytların yığılması Saytların yığılması

“Rusiya və KTMT ölkələrində vahid hava hücumundan müdafiə sistemi var. Müttəfiqlər havada təyyarələrimizin hərəkətini görə bilirlər. İrəvan həmçinin Fransanın “Ground Master 200” hava hücumundan müdafiə sistemlərini almaq niyyətini açıqlayıb, bu halda Qərb Rusiya səmasını birbaşa izləyə biləcək. Ölkəmizin buna imkan verməyəcəyi aydındır. Ermənistan özünü intihar edən dövlət kimi aparır”, – portal bildirir.

Mənbə Baş nazir Nikol Paşinyanın anti-Rusiya addımlarının intihara bərabər olduğunu vurğulayır:

“Ermənistan Rusiya ilə müttəfiqlik münasibətləri və Gümrüdəki hərbi bazadan qurtulan kimi Paşinyan alyansa qoşulmaq xahişi ilə Brüsselə gedəcək. Ərazi münaqişələrinin olmaması və Rusiya ilə müttəfiqlik münasibətlərinin pozulması məhz Ermənistanın NATO-ya üzv olmasına şərait yaradacaq şərtlərdir. Ermənistan NATO üzvü və Qərbin silahlarının sınaq meydanına çevriləcək, çünki Cənubi Qafqazda sabitliyin pozulması amerikalılara sərfəlidir. Çünki amerikalıların məqsədləri Rusiyanı bölgədə zəiflətmək və hərbi bazalarını orada yerləşdirməkdir. Paşinyan ABŞ-nin Cənubi Qafqaza rahat daxil olması üçün sadəcə vasitədir, onun bütün hərəkətləri Amerika strategiyasına uyğundur”.

Politoloq Aslan Rubayev ermənilərin hətta Rusiyaya qarşı döyüşə hazırlaşdıqlarını da söyləyib:

“Ermənistan Rusiyaya düşmən bölgəyə çevrilir. Artıq Rusiyaya qarşı döyüşmək üçün Fransadakı təlim bazalarında öz könüllülərini yetişdirməyə başlayıb. İndi Rusiya bölgədə Azərbaycana arxalanır. Bu gün Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas strateji tərəfdaşıdır. Əvvəllər bu rolu Ermənistan oynayırdı. Amma zaman keçir, ittifaqlar dağılır. Rusiya ilə Ermənistan arasında müttəfiqlik öz faydalılığını itirib, artıq bu barədə açıq və birbaşa danışa bilərik. Artıq Ermənistan bizə bizə lazım deyil. Rusiyaya belə bir tərəfdaş – həm siyasi, həm də gündəlik müstəvidə anti-Rusiya əhval-ruhiyyəsinin çiçəkləndiyi, bizə qarşı daim düşmənçilik ritorikasının səsləndiyi dövlət nəyə lazımdır?!”.

Məqalədə qeyd olunur ki, Ermənistandan fərqli olaraq, Rusiyanın Azərbaycanla iqtisadiyyat, enerji, paralel idxal sahələrində geniş əməkdaşlıq sahəsi var. Azərbaycan da Xəzər dənizi ölkəsidir. Ermənistanla isə hər şey daha da pisləşəcək. Rubayev Moskva ilə İrəvanı birləşdirən bütün humanitar əlaqələrin məhv ola biləcəyini proqnozlaşdırır. Amma Ermənistan Rusiyadan dərindən asılıdır, bu, nəqliyyat marşrutları, infrastruktur, investisiya ilə bağlıdır. Bütün bunları itirən ölkə sabitliyini itirəcək. Qərb ora gələcək, amma bu, ermənilərə ancaq müharibə gətirəcək. Gürcüstan və Ukraynadan dərs almaq istəmirlər, yenə də yoxsulluğa düçar olacaqlar. Ukraynalılar kimi əllərini açıb dünyaya səpələnəcəklər. Onları yaxşı heç nə gözləmir”.

“Tsargrad” təkcə Paşinyanın yox, sadə ermənilərin də Rusiyaya düşmən gözü ilə baxdıqlarını vurğulayır:

“Bəs niyə ermənilər bunların başlarına gəlməsinə icazə verirlər? Paşinyana niyə dözürlər? Gördüyümüz Soros Fondu, alternativ təhsil proqramları və media tərəfindən erməni xalqına müəyyən dəyərlərin aşılanması, yumşaq güc texnologiyasından 20 ildən artıq uğurlu istifadənin nəticəsidir. Çox güclü təbliğat gedir, Ukraynadakı kimi…

Erməni tələbələr bir çox mübadilə proqramları ilə Qərbə gedirlər. Anti-Rusiya toxumları cücərəndə, erməni xalqı peyvəndlənib hazır olanda Paşinyan tortun gilasına çevrildi. Ölkəsinə nə etsə də, toxunulmaz oldu. Ermənistan Rusiya üçün uduzulub, bu fəsil çevrilə və unudula bilər”. //Teleqraf.com

Bənzər yazılar

Bunu da oxu
Close