Top.Mail.Ru
SİYASƏT

İran və Fransa Zəngəzur DƏHLİZİNƏ QARŞI – Zəngilandan Daşkəsənə qədər… – ŞOK FAKTLAR

“Regionda baş verən son proseslər onu göstərir ki, bəzi qərb dövlətləri, eləcə də Fransa və İran Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün irrasional fəaliyyətlə məşğuldurlar”.

KAİM.az xəbər verir ki, bu fikirlər TRT Haber-in yayımladığı məqalədə öz əksini tapıb. Müəllif Sertaç Aksan bölgə ilə bağlı araşdırma ortaya qoyub. Həmin araşdırmada xeyli önəmli məqamlar yer alıb.

Saytların yığılması Saytların yığılması

Müəllif bildirir ki, xüsusən də Paris və Tehran terror qruplaşmalarını dəhlizə yerləşdirir, onları silah və pulla təmin edir:

“Zəngilandan başlayaraq Daşkəsənə qədər uzanan xəttə PKK terrorçuları da daxil olmaqla 10 min silahlı yerləşdirilib. PKK/YPG terror təşkilatından başqa Sasna Tsrer, Voma, Poqa, Nor Asala, Bever, Yerkrapa kimi erməni terror qrupları da var.

Açıq mənbələrdə əksini tapan bəzi məlumatlarda Zəngəzur dəhlizinə yerləşdirilən bu terrorçulara gündə 12 dollar maaş verildiyi və bunun Fransa, o cümlədən erməni diasporu tərəfindən işıqlandırıldığı iddia edilir. Bundan başqa, təhlükəsizlik mənbələri Ermənistan – Azərbaycan sərhəd xəttində və Zəngəzur bölgəsində yerləşdirilən terrorçu qrupların PKK terror təşkilatı tərəfindən ciddi şəkildə dəstəkləndiyini bildirir”. //Musavat.com

Bənzər yazılar