Top.Mail.Ru
SİYASƏT

Moskva Bakı və İrəvanla “3+3” formatında sıx əməkdaşlığı hədəfləyir – Rusiya XİN

Rusiya Azərbaycan və İranla “3+3” formatında sıx əməkdaşlığı hədəfləyir.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.

Saytların yığılması Saytların yığılması

“Bakı və Tehranla, o cümlədən “Rusiya-Azərbaycan-İran” dialoq formatı, elləcə də “3+3″ məsləhətçi regional platforması çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə sadiqik”, – Rusiya XİN nümayəndəsi deyib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqaz ölkələri ilə qonşuları arasında regional layihələrin inkişafı üzrə potensial görür.

“Bu məntiq, xüsusən də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə fəaliyyətimizdə də öz əksini tapıb”, – deyə o əlavə edib.

Bənzər yazılar