Top.Mail.Ru
SİYASƏT

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik etdi

Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

KAİM.az xəbər verir ki, fərmanda deyilir:

Saytların yığılması Saytların yığılması

1. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli, 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 489 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın 16-cı hissəsinə “Fövqəladə vəziyyət” sözlərindən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Silahın geri alınması Qaydaları”nın 13-cü hissəsinə “Fövqəladə vəziyyət” sözlərindən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 74 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 219 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.12-ci bəndinə “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.

3. “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 noyabr tarixli 1872 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1249 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

3.1. preambulaya “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası”nın 1.1-ci və 1.3-cü bəndlərinə “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.

4. “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı haqqında Əsasnamə”nin və “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan mərkəzi idarəetmə orqanı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 noyabr tarixli 1873 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1250 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

4.1. preambulaya “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin;

4.2. həmin Fərmanla təsdiq edilmiş “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı haqqında Əsasnamə”nin 1.1-ci və 1.3-cü bəndlərinə “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin;

4.3. həmin Fərmanla təsdiq edilmiş “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan mərkəzi idarəetmə orqanı haqqında Əsasnamə”nin 1.1-ci və 1.3-cü bəndlərinə “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.

Bənzər yazılar