Top.Mail.Ru
SİYASƏT

Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlib.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Ankaranın Esenboğa Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Saytların yığılması Saytların yığılması

Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşılayıblar.

Bənzər yazılar