Top.Mail.Ru
SİYASƏT

Putinin TÜRKİYƏ QƏRARI bəlli oldu: “Çox vacibdir, fevral ayında…”

Rusiya prezidenti Vladimir Putin uzun müddətdir ki, Rusiyadan kənara səfər etmir. O, dekabrda keçirdiyi mətbuat konfransında Türkiyəyə səfər edəcəyini bildirmişdi. Həmin vaxt Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təqvimi uyğun gəlmədiyi üçün görüşə bilmədiklərini, lakin səfəri 2024-cü ilin əvvəlində reallaşdırmaq istədiklərini bildirmişdi”.

Bu barədə Kremlin sözçüsü açıqlama vermişdi. “Türkiyə tərəfi ilə razılaşdıraraq hər iki liderin iş qrafikinə uyğun vaxt təyin etməyə çalışırıq və bunu təşkil edəndə dərhal elan edəcəyik”, – deyə o bildirib.

Saytların yığılması Saytların yığılması

Musavat.com xəbər verir ki, Putinin Türkiyəyə rəsmi səfərinin dəqiq tarixi hələlik açıqlanmasa da, bunun fevralda olacağı gözlənilir.

Rusiya mətbuatı isə mümkün tarixi açıqlayıb. RİA Novosti yazıb ki, Putin fevralın 12-də Ankarada Ərdoğanla görüşəcək.

Bildirilir ki, masada çox vacib məsələlər var və bütün dünyanın gözü bu görüşdə olacaq. Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı və Qərb dövlətlərinin liderləri ilə görüşə bilən yeganə liderdir.

“Mövzular çox aktualdır. Ukrayna, taxıl sazişi və Suriya ciddi müzakirə olunacaq məsələlərdir. İki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq komissiyasının iclası da keçirilməlidir. Bu, iki ölkə arasında hər il keçirilən görüşdür. Bu il ev sahibinin Türkiyə olacağı gözlənilir. İkitərəfli və ticari əlaqələrin də ön plana çıxacağı gözlənilir. Hələ dəqiq bir tarix yoxdur, lakin təxmin edilən tarixlər fevralın əvvəlində ola bilər” – Bunu isə CNN Türk yazıb.

Bənzər yazılar