Top.Mail.Ru
SİYASƏT

“Qlobal geostrategiyaların təsiri altında yaranan “dalğalar” həqiqətləri görməyə maneə olmamalıdır”

Beynəlxalq münasibətlər nəzəriyyəsi olduqca mürəkkəb dilə və məntiqə malik olan sahədir. Uzun illər ərzində beynəlxalq münasibətlərin təhlili “seçilmişlərin” fəaliyyət sahəsi hesab olunurdu. Etiraf etməliyik ki, məhz bu cür stereotiplər üstünlük təşkil etdiyi dövr ərzində beynəlxalq münasibətlər sistemində sanki müəyyən sabitlik müşahidə olunurdu. Beynəlxalq münasibətlər sistemində yaşanan proseslər əsasən geniş ictimaiyyətin diqqətinə çatdırılmırdı və hadisələrin təfərrüatları yalnız məhdud sayda olan insana məlum idi.

Bu gün hamımız beynəlxalq münasibətlər sistemində mühüm hadisələrin baş verdiyi dövrün “sakinləriyik”. Uzun illər ərzində beynəlxalq münasibətlər haqqında formalaşmış stereotiplər sürətlə dəyişir. Əlbəttə, bunun əsas səbəblərindən biri dünyanın siyasi xəritəsində artan münaqişələr və qloballaşma prosesləridir. Əgər ötən əsrin sonlarında beynəlxalq durum ölkənin daxili siyasətinə təsir etməsi ilə bağlı hələ də müəyyən tərəddüdlər var idisə, indi artıq heç bir şübhə yoxdur. Ölkələr mütləq olaraq qlobal tendensiyaları nəzərə almalı və beynəlxalq vəziyyətdən asılı olaraq daxili siyasətində müəyyən korrektlər aparmalıdır.

Saytların yığılması Saytların yığılması

İnformasiya bolluğu, peşəkarlıqdan uzaq olan şərhlərin ümumi məlumat kütləsində üstünlük təşkil etməsi səbəbindən və nəzarətsiz sosial şəbəkələr sayəsində beynəlxalq münasibətlər haqqında ictimai təsəvvürlərin məzmunu kifayət qədər bəsitləşib. Topdan satış məntəqələrdən alınmış məhsulun bazarların girişində ikiqat qiymətə satmaq kimi bəzi “iş adamların” biznes haqqında olan təsəvvürləri kimi, bəzi “analitiklər” də qlobal strategiyaların məzmununu yolverilməz şəkildə bəsitləşdirirlər.

MUSA SON.jpg (117 KB)

Konteksti inkişaf etdirərək Prezident İlham Əliyevin cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibəsindən bir əlamətdar sitatı qeyd edək:

“… biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də, təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilib”.

Beləliklə, bilavasitə ölkə başçısı özü şəxsən qeyd edir ki, biz dünya miqyasında çox böyük layları tərpətdik. Diqqət yetirin ifadənin miqyasına: “dünya miqyasında olan laylar.” Azərbaycan artıq regional dövlət statusundan daha böyük olan statusa iddialı olan beynəlxalq aktora çevrilib. Bu cür yanaşma əhalinin siyasi təfəkkürünün əsasını təşkil etməli və gənc nəslin öz ölkəsi ilə fəxr etməsinin səbəbinə çevrilməlidir. Yalnız bu cür yanaşma ilə biz ölkənin dayanıqlı inkişafını təmin edə biləcək iddialı və beynəlxalq müstəvidə rəqabətə dözümlü yeni nəsil yetişdirə bilərik.

İndi bir anlıq təsəvvür edin ki, gələcək nəsillər yaşadığımız dövr haqqında ünvanlı araşdırmaları aparan zaman yalnız sosial şəbəkələrə istinad etmiş olsa, onların qənaətlərinin məzmunu necə olacaq. Razılaşın ki, təsəvvür edən zaman gözümüzün qarşısında qorxunc mənzərə yaranır. Sosial şəbəkələrdə xəstə təfəkkürün məhsulu olan qərəzli şərhlərin tüğyan etməsi reallığın təhrif olunmasının bilavasitə səbəbidir.

LAYLAR.jpg (102 KB)

Cənab Prezidentin “biz dünya miqyasında çox böyük layları tərpətdik” ifadəsi bir çox yaşanan hadisənin əsl səbəblərinə işarə edir. Əlbəttə, Fransanın son dövrdəki “ermənişivənliyi” məhz dövlət başçısı bəhs etdiyi layların tərpənməsinin təzahürüdür. Sirr deyil ki, kollektiv Qərb üçün bizim regionda mövcudluğun qorunması strateji vəzifədir. Odur ki, son dövrdə baş verənlər, o cümlədən Fransanın “demokratik təlxəkliyi”, bilavasitə qlobal geostrategiyaların hərəkətə gəlməsindən xəbər verir.

Əslində yeni heç nə baş verməyib. Rəsmi Parisin mövqeyi hər zaman bəlli idi. Sadəcə Ermənistanın məğlubiyyətindən sonra artıq bütün meyarlar üzrə məğlub olmuş “kabus” dövlətin arxasında gizlənərək “işlər çevirmək” mümkün deyil. Odur ki, Ermənistanın arxasında gizlənməyin artıq heç bir fayda verməyəcəyini anlayan kollektiv Qərb Fransanı önə atıb. Kollektiv Qərbdən qopmamaq üçün hakimiyyətin legitimliyi sual altında olan rəsmi Paris nəinki bu, hətta bütün digər rolların oynamasına hazırdır.

makron avropa.jpg (66 KB)

Azərbaycan vətəndaşı baş verən hadisələrlə bağlı şəxsi münasibətini müəyyən edən zaman mütləq olaraq qeyd olunan geosiyasi həqiqətləri nəzərə almalıdır. Əldə olunmuş uğurların aqibətini və hamımızın Vətəni olan Azərbaycanın gələcəyi ilə bağlı olan düşüncələrin formalaşması prosesi “sosial şəbəkələrin quldurları” olan vətənşivənlərin öhdəsinə buraxmaq bağışlanmaz səhvdir. Qlobal geostrategiyaların təsiri altında yaranan “dalğalar” həqiqətləri görməyə maneə olmamalıdır.

Politoloq A.Adil

Bənzər yazılar