Top.Mail.Ru
SİYASƏT

Rusiya Ekvadoru hədələdi: “Bizim yazılı razılığımız olmadan…”

Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət (FSMTC) Ekvadorun Rusiyadan aldığı hərbi texnika və silahları ABŞ-a verməsinə qarşı çıxıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, qurumun yaydığı bəyanata əsasən Rusiya və Ekvador hökumətləri arasında hərbi əməkdaşlıq haqqında saziş birincinin əvvəlcədən yazılı razılığı olmadan hərbi məhsulların üçüncü tərəfə ötürülməsinə icazə vermir.

Saytların yığılması Saytların yığılması

Qeyd edək ki, yanvarın 17-də Ekvador prezidenti Daniel Noboa ABŞ-la sazişin bağlandığını elan edib. Sazişə əsasən, onun ölkəsi Vaşinqtona 200 milyon dollar dəyərində Sovet və Rusiya istehsalı olan silah və hərbi texnika verəcək, əvəzində isə eyni dəyərdə yeni ABŞ məhsulları alacaq.

Rusiya tərəfi bunun Ekvadorun Moskva ilə imzaladığı müvafiq təchizat müqavilələrinə zidd olduğunu bildirir. FSMTC bəyan edib ki, Rusiyanın istehsal etdiyi hərbi texnika üçüncü tərəfə veriləcəyi təqdirdə Ekvador beynəlxalq öhdəliklərini pozacaq və bu, Rusiya-Ekvador əməkdaşlığının sonrakı inkişafı üçün mənfi nəticələrə səbəb ola bilər:

“Rusiya istehsalı olan hərbi əmlak üçüncü tərəfə veriləcəyi təqdirdə, Ekvador beynəlxalq öhdəliklərini pozacaq və bu, gələcək ikitərəfli əməkdaşlığımız üçün mənfi nəticələrə səbəb ola bilər”.

Bənzər yazılar