Top.Mail.Ru
SİYASƏT

“Saat 00.00-dan “Stop”: heç kim atəş açmır, danışıqlara başlayırıq…” – Lukaşenkodan Ukraynaya təcili ÇAĞIRIŞ

Aleksandr Lukaşenko Ukraynadakı münaqişə ilə bağlı ilkin şərt olmadan sülh danışıqlarının tez başlamasının vacibliyini bəyan edib.

Bu barədə Belarus prezidenti bildirib:

Saytların yığılması Saytların yığılması

“Görürsünüz, onlar, ukraynalılar var-gəl edirlər. Hətta amerikalılar onlara kömək etsələr, onlar artıq eyham vururlar, amma Ukraynada çoxlu ağıllı insanlar var. Danışıqlar masasına əyləşməliyik. Bir dəfə dediyim kimi, heç bir ilkin şərt lazım deyil. Əsas odur ki, “Stop” əmri versinlər. Saat 00.00-dan “Stop”: qoşun hərəkət etmir, heç kim atəş açmır, heç kim ehtiyat qüvvə göndərmir, kommunikasiyalar bərpa olunmur. Danışıqlara başlayırıq, ərazi və sülh haqqında”

 

Belarus prezidenti inanır ki, ukraynalılar Şərqi Ukrayna, Donbass və Krımla bağlı suallar qaldıracaqlar. Amma bu, Lukaşenkonun fikrincə, danışıqlar masası arxasında edilməlidir ki, insanlar ölməsin:

“Ukrayna üçün ən təhlükəlisi odur ki, orada silahlar olacaq, amma döyüşəcək heç kim qalmayacaq”.(Yenisabah.az)

Bənzər yazılar