Top.Mail.Ru
SİYASƏT

Sülh şərtləri MASADA: 8-ci redaktədə yazışmalar AÇIQLANDI

Bölgədə yeni hərbi qarşıdurmanın olması ilə bağlı fərqli fikirlər eşidilir. Bu, sözsüz ki, faydalı proses deyil. Gərginlikdən hər tərəf itki ilə çıxa bilər. Ola bilsin ki, sonuncu Brüssel görüşündən Ermənistanın gözləntiləri çox olub. Amma reallığı dərk etmək lazım idi.

KAİM.az xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə deyib.

Saytların yığılması Saytların yığılması

O qeyd edib ki, gerçək qüvvələr nisbəti və imkanlar fərqlidir:

“İmkanlar heç bir tərəfə şübhəsiz uduş vəd etmir. Burada hansısa bir güzəştin olması da istisna olunmur. Brüssel görüşü və ondan sonra olan yanaşmalarda bunu açıq görmək olur. Görüşdən sonra ən sərt ritorikanı da məhz Rusiya səsləndirdi”.

Politoloq hesab edir ki, Azərbaycan hazırda səmimi şəkildə barış axtarır:

“Bakı yeni qarşıdurma, gərginlik istəmir. Sülhün olması üçün Azərbaycan iradə sərgiləyir. Hazırda hər iki tərəf sülhlə bağlı aktiv müzakirə aparır”.

Zərdüşt Əlizadənin fikrincə, tərəflər arasında gedən danışıqların nəticəsi olacaq:

“Sülh istiqamətində olan yazışmalar, cürbəcür variantların mübadiləsi müsbət hadisədir. Bu, birgə işin getdiyini göstərir. Təbii ki, danışıqların iki formatda davam etməsi daha effektivdir. Brüsseldə Amerika sülh prosesində iştirakını gündəmə gətirdi. Reallıqda isə üçüncü, dördüncü, beşinci tərəfə ehtiyac yoxdur. İkitərəfli müzakirə sülh üçün ən münasib formatdır”. //Teleqraf.com

Bənzər yazılar