Top.Mail.Ru
SİYASƏT

Ərdoğan və Bayden nə haqda DANIŞIB? – Görüşdən gələn mesaj TƏŞVİŞ YARATDI

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Co Bayden arasında İndoneziyada baş tutan görüş Yunanıstanın diqqətini çəkib.
KAİM.az Teleqraf.com-a istinadən xəbər verir ki, yunan nəşrləri görüşə manşetlərində yer verib.

Liderlərin görüşündə müzakirə olunan hərbi məsələlər qonşu ölkədə təşviş yaradıb.

“Kathimerini” qəzeti ticarət və təhlükəsizliyin müzakirə mövzuları arasında olduğunu bildirib. Eyni zamanda, nəşrin iddiasına görə, Ərdoğan və Baydenin masasında olan məsələlərdən biri də Türkiyəyə F-16 satışı tələbinin təsdiqlənməsidir.

Saytların yığılması Saytların yığılması

“Bayden türkiyəli həmkarına Ankaranın F-16 tələbini dəstəklədiyini bildirib”, – qəzet yazır.

Xəbərin davamında görüşün təfərrüatları ilə bağlı “Reuters” və NTV kimi müxtəlif mənbələrin məlumatlarına diqqət çəkilib.

“Ta Nea” da Türkiyə və ABŞ liderlərinin görüşünü manşetində yer verən nəşrlər arasındadır. “Kathimerini” kimi “Ta Nea” da F-16 ilə bağlı “Bu iki adam nə haqda danışdılar” sualına cavab axtarmağa çalışıb.

G20 sammiti çərçivəsində keçirilən ikitərəfli görüşdə ABŞ Prezidenti Bayden İstanbulda törədilən terror aktında həyatını itirənlərə görə türk həmkarına başsağlığı verib. Bayden Rusiya ilə Ukrayna arasında taxıl dəhlizində problemin həlli və daşınmaların bərpasını təmin etmək üçün göstərdiyi səylərə görə Prezident Ərdoğana təşəkkür edib.

Bənzər yazılar