Top.Mail.Ru
SİYASƏT

Ərdoğan HƏRƏKƏTƏ KEÇİR: “Bu tarixdə…” – ŞOK

“30 illik müddətdə nələrlə qarşılaşdığımızı millətimiz çox yaxşı xatırlayır. Terror təşkilatlarından tutmuş 15 iyul xəyanətinə, İstanbul küçələrini viran qoyan “Gezi vandalizmi”nə qədər bir çox hücumlara məruz qalmışıq”.

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sirkeci-Kazlıçeşme Dəmiryol Sistemi və Piyada Yönümlü Yeni Nəsil Nəqliyyat Layihəsinin açılış mərasimində deyib.

Saytların yığılması Saytların yığılması

O bildirib ki, Ədalət və İnkişaf Partiyasının (AK Parti) bağlanmasına cəhd edilib:

“Uydurma qəzet parçaları vasitəsilə partiyamızın bağlanmasına cəhd edildi. Biz və hökumətimiz birbaşa hədəfə alındı. Atdığımız hər addım bu ölkənin ana müxalifət partiyası tərəfindən ləğv edilmək üçün məhkəmələrə qədər uzandı. Ölkəmizə gətirdiyimiz vizyon layihələrinin qarşısı alınmağa çalışıldı. Budur Marmaray. Bunu kim etdi, biz etdik. Sən bir şey et. Sancaktepedəki mövcud metronun quyusunu dolduraraq xidmət etdiyini düşünən və Kağıthanedə təməlqoyma mərasimindən çox təməlqoymama mərasimi keçirən zavallı bir idarə var. Martın 31-də onlara lazım olan dərsi verməyə hazırıqmı?”

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.

Bənzər yazılar