Top.Mail.Ru
bannerSİYASƏT

İşğalçı ermənistan və onun imperalist himayədarlarının Azərbaycana siyasi hücumu – TƏHLİL

Azərbaycan regionda addım – addım möhkəmləndikcə , rusiya başda olmaqla digər imperalist ölkələr əsl simalarını göstərməyə başladılar . Dünən orta doğuda baş verənlər , bu gün qafqazlarda təkrarlana bilər .

Beləki , Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə qərar verdiyi gündən etibarən rusiya bütün gücü ilə işğalçı ermənistana dəstək verməyə başlamışdır . Rəsmi moskvanın sərgilədiyi bu mövqe yeni deyil və gözlənilən idi . Çünki , qafqazlara “erməni minasını” gətirən və öz imperalist maraqları üçün istifadə edən rusiya, hadisələrin Azərbaycanın xeyirinə dəyişməsini və bu dəyişikliyin nəticəsində işğalçı , imperalist qüvvələrin məhv olacağını çox gözəl başa düşür. Həmçinin regionda işğalçı ermənistanın məğlub olması elə rusiyanın məğlubiyyəti deməkdir .

Saytların yığılması Saytların yığılması

Rus hərb maşınının saat kimi işlədiyini düşünənlər suriyada , liviyada və Qarabağda bunun əksini gördülər. Suriya və liviyada məğlubiyyət acısını unutmamış rusiya , Qarabağda da məğlubiyyətlə üzləşdi və bu acını heç cür qəbul etmək istəmir . Buna görədə rus mətbuatı dayanmadan Bakını tənqid etməklə yanaşı hətta bir az da qabağa gedərək təhdid edir . Özünü Qafqazın hökümdarı hesab edən Putinin bu gün Qarabağda məğlubiyyətlə üzləşməsinin səbəblərindən biridə region dövlətləri Gürcüstan və Azərbaycanı eyni zamanda Nato və xüsusən qardaş Türkiyəni yox saymağıdır . Beləki , Gürcüstan ərazilərini işğal edərək qondarma respublika yaradan putin hökuməti eyni senarini Qarabağda təkrar edəcəyini və bu işğalçılıq siyasətinə hər kəsin susacağını düşünürdü .

Lakin qardaş Türkiyə rusiyanın işğalçı siyasətini durdurmaqdan ötəri Azərbaycan dövləti ilə çiyin – çiyinə durmaq və işğalçı qüvvəyə qarşı mübarizə aparmaq qərarını verdi.Bu qərar və dirəniş qafqazlarda vəziyyətin dəyişəcəyindən xəbər verməklə yanaşı haqqı , ədaləti bərpa edəcəyini göstərir. Putin suriya və liviyada istədiyini tama ala bilmədiyi kimi bu gün də qafqazlarda ala bilməyəcək . Azərbaycan bu istiqamətdə yeganə qüvvədir ki , moskvanı qafqaz siyəsətinə yenidən baxmağa və imperalist maraqlarından çəkinməyə məcbur edir .

Ukrayna və Gürcüstan ərazilərini işğal edən rusiya bu gün Azərbaycanda qalib ola bilməyəcək . Nə qədər rus hökuməti bunu tez başa düşsə bu onların özləri üçün xeyirdir. Əks halda rusiya ilhaqında yaşayan Türk dilli xalqların haqlı olaraq öz azadlıqlarını və müqədaratlarını həll etmək tələbi ilə üz – üzə qalacaq . Çünki Qarabağda yaşayan erməni millətindən çox rusiyanın müxtəlif regionlarında yaşayan türk dilli xalqlar var və bu xalqlara müstəqilik verilməlidir . Əgər xalqların müqədaratı dövlətlərin ərazi bütövlüyündən irəlidədirsə ilk olaraq Rusiyadan başlanılsın . Baxaq rusiya bu yanaşmanı qəbul edirmi ? Əlbəttə qəbul etməyəcək . Bəs özünün qəbul etmədiyi xalqların müqədaratı məsələsini niyə Azərbaycanın qəbul etməsini istəyir ? Rusiya əlbətdə boş durmayacakdır. İlk görə biləcəyi iş Paşinyanın devrilməsinə çalışacaq Ermenistanı yenidən tam əldə etməyə çalışacaqdır . İkinci olaraq Azərbaycanı isə əldə ettikləri ilə razılaşdırmağa çalışacaq ,

Qarabağ münaqişəsinin tam həll olunmasına maneə olacaqdır . Türkiyə-Azərbaycan yaxınlaşması fonunda yaranan birlik və güc Rusyanın canını bir xeyli sıxmışdır. Buna görədə rusiya hər vəchlə çalışır ki , Türkiyə – Azərbaycan birliyini pozsun . Bir şeyi unutmaq olmaz . Qarşımızda işğalçı ermənistan və onun himayədarları imperalist rusiya , iran , fransa və türk düşmənləri var .

“KAİNAT” analitik informasiya mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close