Top.Mail.Ru
SİYASƏT

Netanyahu Hitlerlə müqayisə oluna biləcək lənətdən xilas ola bilməyəcək – Ərdoğandan QƏZƏBLİ AÇIQLAMA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin həyata keçirdiyi Rəfah qətliamından qəzəbləndiyini bildirib.

Musavat.com xəbər verir ki, Ərdoğan öz qəzəbini bu tərzdə ifadə edib:

Saytların yığılması Saytların yığılması

“Beynəlxalq Ədalət Məhkəməsinin hücumların dayandırılmasını tələb etməsindən sonra həyata keçirilən bu qətliam terror dövlətinin qanlı və rəzil üzünü bir daha göstərir. Netanyahu Hitlerlə müqayisə oluna biləcək lənətdən xilas ola bilməyəcək”.

Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Qalant Qəzzada məqsədlərin HƏMAS-ı məhv etmək olduğunu bildirib.

Bənzər yazılar