Top.Mail.Ru
SİYASƏT

Prezident İlham Əliyevin liderliyi ilə suverenliyimiz qətiyyətlə təmin edilir ŞƏRH

Bu gün Qazax rayonunun dörd kəndi Azərbaycan sərhədçiləri tərəfindən nəzarətə götürülüb və bu strateji addım Azərbaycanın milli maraqlarının qorunmasında mühüm bir mərhələdir. Bu hadisə, ilk növbədə, Prezident İlham Əliyevin prinsipial qətiyyətinin və uğurlu siyasətinin parlaq nəticəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Saytların yığılması Saytların yığılması

Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin prinsipial qətiyyəti və uğurlu siyasəti sayəsində Azərbaycanın bir qarış torpağının belə Ermənistana verilməməsi təmin edilib. Azərbaycanın dövlət sərhədlərinin qorunması, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində atılan bu addımlar Prezident İlham Əliyevin milli maraqları ön planda tutan və uzaqgörən siyasətinin nəticəsidir.

T.Mirkişili qeyd edib ki, delimitasiya prosesinin uğurla davam etdirilməsi Azərbaycanın öz tarixi torpaqlarını bərpa etmək yolunda atdığı mühüm addımlardan biridir. Bu prosesdə Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycanın milli maraqlarına sadiqliyi xüsusi önəm daşıyır. Azərbaycan sərhədçilərinin Qazax rayonunun dörd kəndində nəzarəti təmin etməsi, həm dövlətimizin gücünü, həm də bu torpaqların Azərbaycan xalqı üçün əhəmiyyətini bir daha nümayiş etdirir. Dövlətimizin başçısının qətiyyətli mövqeyi sayəsində Azərbaycanın ərazi bütövlüyü tam təmin edilir və milli maraqlar uğrunda, hər bir qarış torpaq uğrunda mübarizə aparılır.

“Azərbaycan xalqı Prezident İlham Əliyevin bu möhkəm iradəsini və qətiyyətini dəstəkləyir. Dövlətimizin başçısının bu sahədə göstərdiyi qətiyyətli liderlik və dövlətimizin gücü Azərbaycanın gələcək uğurlarının təminatıdır”, – deyə Tahir Mirkişili əlavə edib.

Bənzər yazılar