Top.Mail.Ru
SİYASƏT

Qarabağdakı ermənilər niyə TƏRKSİLAH EDİLMİR ? – Putinin QAFQAZ KONFLİKTİ (ANALİZ)

Bəli, burası dəqiqdir ki, Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi Əliyev hakimiyyətinin həm siyasi, həm də hüquqi məsuliyyətidir. Bu məsuliyyəti azərbaycanlıların üzərinə qoymaq qeyri-mümkündür və mənim müşahidələrim onu deməyə əsas verir ki, hökümət də heç buna cəhd etmir.

10 noyabr və 11 yanvarda keçirilən üçtərəfli görüşlər və razılaşmalar çərçivəsində azərbaycanlıların ən çox narahat olduğu nüans rus sülhməramlıları və məcburi köçkünlərin Xankəndi, Ağdərə, Xocavənd və Xocalıya nə vaxt köçəcəyidir.

Saytların yığılması Saytların yığılması

Moskva görüşündəki heykəli, dövlət bayrağımızın müzakirəyə çıxarılması mənim üçün bir qədər ciddi, bir xeyli dərəcədə də məsələnin maqazin boyutudur. Biz, hətta bütün qafqazlılar rusların nə olduğunu bizə əsrlərdir yaşatdıgı ağır tarixi təcrübədən çox gözəl bilirik. Hətta günün birində azərbaycanlılar və ermənilər sözün həqiqi mənasında barışmaq istəsələr də, rusların bu nəcib təşəbbüsü baltalayamacağına heç kim zəmanət verə bilməz. Qafqazın bütün etnosları emosionaldır və bu, vaxtaşırı bizim zərərimizə də işləyir.

Gələk son Moskva görüşünün bəzi detallarına.

Görürük ki, erməni tərəfi hələ də silahlı diversantlarını tərksilah etməyə yanaşmır. Rus sülhməramlıları da bunu o qədər ciddi qəbul etmir. Hərçənd, beynəlxalq hüquqa görə sülhməramlılar öz mandatları çərçivəsində yerli əhalidən və silahlı ünsürlərdən silahları yığmalıdır. Əgər ermənilər ərazidə silahlı olacaqsa, rusların o ərazidə nə işi var?

Biz indi görürük ki, Paşinyan və onun “Mənim Addımım”hərəkatı Azərbaycanla kommunikasiya əlaqələrinin bərpasına müsbət yanaşır. Bu, Ermənistan iqtisadiyyatının canlanması deməkdir. Azca rasional düşüncə sahibi ermənilər də bunu düşünür. O ki qaldı Ermənistan müxalifətinə, əlbəttə onların da müəyyən narazı elektoratı, müraciət edəcəyi kütlə var. Erməni xalqı özünü məğlub hesab edir, ancaq başqa yol da yoxdur.

Məsələn, “Daşnaksütyun”-nun ən radikal Aşotu belə anlayır ki, ölkənin başqa alternativləri yoxdur; Fransa gəlib ermənilər üçün döyüşən deyil, ABŞ-ın başı özünə qarışıb. Yerdə qalır bir Rusiya. O da Qafqazda permanent çıxarlarını qorumaq üçün suyu üfürə-üfürə içir. Rusiya Ermənistana görə Azərbaycanı itirmək istəmir.

Status məsələsinə gəldikdə, İlham Əliyev artıq Qarabağ konfliktinin keçmişdə qaldığını, Nikol Paşinyan isə problemin hələ də həll olunmadığını deyir. Status deyərkən, Azərbaycan tərəfi mədəni muxtariyyət verəcəyini, inzibati muxtariyyəti qəbul etməyəcəyini deyir. Biz ATƏT-in Minsk qrupu çərçivəsində ermənilərə dünyada ən yüksək statusun veriləcəyini deyirdik. O halda ki, Ermənistan Qarabağın ətrafındakı əraziləri könüllü şəkildə tərk edir, Dağlıq Qarabağ ərazisində bir müddətdən sonra referendumun keçirilməsi ilə status müəyyənləşir. Artıq bu, olmayacaq. Qarabağ ermənilərinə Azərbaycanın yurisdiksiyası çərçivəsində ancaq mədəni muxtariyyət verilə bilər. Bu, müsbət irəliləyişdir.

İndi əsas hədəf azərbaycanlı köçkünlərin Xankəndi, Xocavənd, Ağdərə və Xocalıya qayıtmasının yol xəritəsini hazırlamaqdır. Həmin ərazilərdə infrastrukturun qurulması, yerli azərbaycanlılar və ermənilərin birgə yaşayışının təmin edilməsidir. Bu məsələ çətindir, məşəqqətlidir. Ancaq bir yolunu tapıb həll etməliyik.

Kamal ƏLİYEV

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir