Top.Mail.Ru
SİYASƏT

Qarabağla bağlı İran siyasətində uğursusluq – AÇIQLAMA

“İranın Qarabağ məsələsində Azərbaycan xalqı, İran türklərini və beynəlxalq birliyi hədəf alan təbliğat fəaliyyəti, uğursuzluqla nəticələndi”

KAİM.az xəbər verir ki, bu sözləri İran üzrə siyasi araşdırmaçı Çağatay Balcı deyib.

Saytların yığılması Saytların yığılması

Bildirib ki: “Təxminən bir ay əvvəl Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini xilas etmək üçün başlatdığı əməliyyat bölgədəki əsas gündəm maddəsi hesab edilir. Azərbaycanın torpaqlarını işğaldan qurtarmaqla əldə etdiyi irəliləyişi ölkələr tədricən izləyir. Xüsusilə İranın bu prosesə marağı və münasibəti ən təəccüblü vəziyyətlərdən birini təşkil edir. O, qeyd edir ki, İranın təbliğat konsepsiyasında analitik təhlil edildikdə bir sıra fərqli elementlər önə çıxır.“Hər şeydən əvvəl, Qarabağdakı İranın münaqişə vəziyyətinə dair təbliğat konsepsiyasında hədəf qrupları Azərbaycan xalqı, İran türkləri və beynəlxalq ictimaiyyət olaraq təyin olunur. Digər tərəfdən “Qarabağ müsəlman torpağıdır”, “Fələstini müdafiə etdiyimiz kimi Qarabağda müdafi edirik”, “Qarabağ Azərbaycanın ərazisidir”, kimi fikirlərdən də istifadə olunur. İranın təbliğat fəaliyyətinin aktyorları məmurlar, ruhanilər və media qurumlarıdır. İran Azərbaycan xalqının gözündə rəğbət qazanmağı, İran türklərinin siyasi həssaslıqlarını nəzarətdə saxlamağı və bu ünsürlərdən ibarət təbliğat işləri ilə beynəlxalq birliyə qarşı müsbət bir imic təqdim etməyi hədəfləyir.

Digər tərəfdən Türkiyədəki fəaliyyətlərini tarazlaşdırmaq üçün bölgədəki fəiliyyəti də nəzərə alır. Ancaq İranın məşhur şəxslərlə yönətdiyi Qarabağ təbliğatı uğursuzluqla nəticələndi. Buna səbəb kimi bir çox ciddi məsələlərin olduğu vurğulanır. İran hazırda ekonomik zəifliklər yaşayır. Sosial narahatlar, koronavirus pandemiyası İran üçün ciddi problemə çevrilib.

Şəbnəm Zahir

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir