Top.Mail.Ru
SİYASƏT

“Rusiya Ermənistanı həm daxildə həm də xaricdə çətin vəziyyətdə qoydu” – Politoloq

Cənubi Qafqazdakı 30 illik uzun fasilədən sonra, Ermənistanın 27 sentyabrda Azərbaycana hücumları ilə başlayan qarşıdurmalar sona çatdı. 44 gün davam edən münaqişədən sonra tərəflər arasında atəşkəs sazişinin imzalanması ilə münaqişə bitsə də, Ermənistandakı gərginlik dayanmır.

Dağlıq Qarabağla bağlı bəyanat imzalandıqdan sonra Ermənistandakı xaos daha da dərinləşdi.

Saytların yığılması Saytların yığılması

Politoloq Dr .Yıldız Deveçi Bozkuş Ermənistandakı böhran barədə danışıb. “Paşinyan rəhbərliyinin gözlənilən dəstəyi ala bilməməsi, xüsusən də Rusiya Ermənistanı və hökuməti həm daxildə, həm də xaricdə çətin vəziyyətdə qoydu.

Bu prosesdə Ermənistana dəstəyin yalnız Fransadan gəlməsi ölkədəki tarazlığın tədricən Paşinyanın zərərinə dəyişməsinə səbəb oldu. Bu mənada, Paşinyanın Rusiya tərəfindən müsbət qarşılanmayan profilinin təsiri ilə yaxın gələcəkdə Ermənistanda bir dəyişiklik və transformasiyanın yaşanmasının qaçılmaz olduğunu söyləmək mümkündür.

Yıldız Deveçi qeyd edir ki, Ermənistanın məğlubiyyətindən sonra Paşinyanın istefası son vaxtlar İrəvanda tez-tez səsləndirilir. Paşinyan xaricdə gündəmə gəlməyə başlayan istefa çağırışları ilə bağlı susqunluğunu pozdu. Böhran və məğlubiyyətdən sonra vəziyyətin ən böyük səbəbkarının özü olduğunu etiraf etdi. Nəhayət, Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın xüsusi katibi Varak Siseryanın istefası Yerevanda
gərginliyi artırdı.

Paşinyanın Ermənistandakı hakimlərə qarşı istifadə etdiyi dörd divar arasında inilti ifadəsi çoxları tərəfindən vətəndaş müharibəsinə çağırış kimi yozulur. Hökumətdən bir başqa istefa xəbəri Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyandan gəldi. Bundan əlavə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan və general Movses Hakopyan istefa etdiklərini elan etdikdən sonra müdafiə naziri Davit Tonoyan və Təhsil naziri Arayik Harutyunyan da istefa etdilər.

Ermənistanda gərginliyin hələ də davam etdiyini vurğulayan politoloq bu böhranın ölkəni daha da çətin vəziyyətə salacağını deyir.

Şəbnəm Zahir
Kaim.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir