Top.Mail.Ru
SİYASƏT

Rusiya və İran XİN başçıları Qarabağ münaqişəsi ətrafında vəziyyəti müzakirə edəcəklər

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif noyabrın 23-də Rusiyaya işgüzar səfərə gələcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Saytların yığılması Saytların yığılması

O, Rusiya XİN başçısı Sergey Lavrovun iranlı həmkarı ilə görüşünün keçiriləcəyini qeyd edib: “Nazirlər Dağlıq Qarabağ münaqişəsini, Suriya böhranını, İranın nüvə problemi ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafındakı vəziyyəti müzakirə edəcəklər”.

Rusiya XİN rəsmisi nazirlərin görüşündə iki ölkə arasında münasibətlərə dair mövzuların də ələ alınacağını vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir