Top.Mail.Ru
bannerSİYASƏT

Şuşanın azad olunması ordumuza böyük üstünlüklər verdi – AÇIQLAMA

“Kirs yüksəkliyi ordumuzun nəzarətindədir. Bunula yanaşı cənuba gedən strateji dəhlizə nəzarət təmin etdi ki, biz Şuşanı işğaldan azad edək. Kirs özü-özlüyündə strateji yüksəklikdir, lakin Şuşa həm strateji yüksəklik, həm də yüksəklikdə yerləşən strateji yaşayış məntəqəsidir”.

KAİM.az xəbər verir ki, bu sözləri hərbi ekspert Şahin Qocayev bildirib.

Saytların yığılması Saytların yığılması

Onun sözlərinə görə, Şuşanın azad olunması bizə dəhlizə nəzarəti təmin etdi: “Bu gün Azərbaycan Ordusu elə bil strateji və taktiki gedişlər edib ki, sol itiqamət nəzarətimizdədir, cənub isitqamətdən Hadrut artıq azad olunub. Yəni Şuşaya cənubdan təhlükə yoxdur. Həmçinin şərq cəbhəsi də durmadan irəliləyir. Şuşa önümüzdəki əməliyyatlar üçün açılan pəncərə və qapıdır. Buna görə Şuşaya açar nöqtə deyilir.

Şuşa simvolik olaraq Xankəndinin üzərində yerləşir. Cənab Ali Baş Komandanın dediyi kimi dəmir yumruq kimidir. Şuşa Xocalının intiqamını almaq üçün bizə açıq platforma yaradıb.

Şuşanın azad olunması bizə dəhlizə nəzarət verdi. Dəhliz Laçın-Turşusu-Şuşa və oradan da Xankəndiyə istiqamətlənir. Xankəndidən isə cənub istiqamət – Qırmızı bazar, Cartaq, şərq istiqamət – Xocavənd, şimal istiqamət – Xocavənd və Xankəndidən Ağdərə istiqamətinə düşmənin təchizatının təmin olunması demək idi. Buna görə, Şuşa elə bil strateji nöqtədir ki, düşmənin Laçın istiqamətindən gələn təchizatını kəsir və həmin yola nəzarət edir. Növbəti mərhələdə şərq və qərb cəhbələri üçün genişlənməni təmin edir”. (BAKU.WS)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir