Top.Mail.Ru
SİYASƏT

Yunanıstanlı nazir İrəvanda Türkiyəyə qarşı ölkələr birliyi yaradır – Misir, Ərəb Əmirlikləri də ora qoşulub

Ermənistan, Yunanıstan və digər ölkələr bölgədəki sabitlik üçün birləşməlidirlər.

GUNinfo.az xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias bunu İrəvanda erməni həmkarı Zöhrab Mnatsakanyan ilə keçirdiyi brifinqdə bəyan edib.

Saytların yığılması Saytların yığılması

Yunanıstan bölgədəki qeyri-sabitliyə qarşı mübarizə aparacaq ortaq dəyərlərə sahib ölkələr birliyi yaratmağa çalışır.

Bu cür ölkələrin Kipr, Misir, Ərəb Əmirlikləri və digər ölkələr olduğunu sözlərinə əlavə edib: “Bu, Türkiyəyə və ya kiməsə qarşı bir koalisiya deyil, dinc əməkdaşlığın tərəfdarı olan ölkələr birliyidir”.

“Türkiyənin bu yanaşmanı bölüşməsini çox istərdik, çünki rəsmi Ankara bölgəyə (söhbət Aralıq dənizinin şərqindən gedir) gərginlik gətirir. Buna qarşı mübarizə aparmalıyıq” deyib nazir.

Xatırladaq ki, son aylarda Türkiyə Aralıq dənizi sularında (Yunanıstan və Kipr bunu öz əraziləri sayır) qaz kəşfiyyatı işləri aparıb.

Bu yaxınlarda Fransa və Almaniyanın xarici işlər nazirləri kəşfiyyat davam edəcəyi təqdirdə  Türkiyəyə qarşı sanksiyalar tətbiq ediləcəyini açıqlayıblar.

Babək Göyüş                       

KONKRET.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir