Top.Mail.Ru
SOSİAL MEDİA

Bill Qeytsin qızından “çip”-lərlə bağlı ŞOK PAYLAŞIM-FOTO

Məşhur milyarder Bill Qeytsin 24 yaşlı qızı Jennifer Qeyts, sosial media hesabında Covid-19 peyvəndi ilə bağlı məzəli paylaşım edib.

KAİM.az xəbər verir ki, Qeyts paylaşımında , atası Bill Qeyts-in insanlara çip taxacağı barədə yayılan xəbərlərə də toxunub. Microsoft-un qurucusu və dünyanın ən varlı şəxslərindən biri olan Bill Qeyts-in qızı, 24 yaşlı Jennifer Qeyts, İnstagram hesabında Covid-19 peyvəndinin ilk dozasını aldığını bildirən paylaşım edib.

Qeyts paylaşımında “Bu peyvəndlə atam beynimə çip yerləşdirmədi” deyə əlavə edib.
Peyvəndləmədən sonra maska taxmağa davam edəcəyini və hətta ehtiyac olarsa cüt maskalarla gəzəcəyini ifadə edən Qeyts, “Tibbi təhsil aldığım üçün mRNA peyvəndinin ilk dozası olmaq şansına sahib oldum.
Bu peyvənd immunitet sistemimin virusa qarşı təsirini artıracaq.

Tibb fakültəsində oxuduğum üçün və gələcəkdə həkim olacağım üçün bu peyvənd məni və gələcək tədqiqatlarımı qoruyacaq”, deyə qeyd edib./Bizim.Media

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button