Top.Mail.Ru
SOSİAL MEDİA

İLGİNC: Donald Tramp şəxsi sosial şəbəkəsini YARADACAQ

ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial mediaya iki-üç ay sonra şəxsi platformada qayıdacaq.

KAİM.az xəbər verir ki, bu barədə onun müşaviri Ceyson Miller “Fox News” telekanalına bildirib.

Millerin sözlərinə görə, Tramp yaxın vaxtlarda yeni şəxsi platformada sosial media sahəsinə qayıdacaq.

Trampın məsləhətçisi əlavə edib ki, bu, böyük platforma olacaq. Onun sözlərinə görə, yeni platforma on milyonlarla istifadəçi yığacaq. “Bu, oyun qaydalarını tamamilə dəyişəcək”, – deyə Miller vurğulayıb.

Qeyd edək ki, tvitç, tvitter, feysbuk və instaqram sosial şəbəkələri Vaşinqtonda yanvarın 6-da baş verən qarışıqlıqlardan sonra Trampın hesablarını bloklayıblar. / konkret.az

KAİNAT TV-NİN NOVRUZ ŞƏNLİYİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button