Top.Mail.Ru
SOSİAL MEDİA

DİQQƏT! Hikmət Hacıyevdən sosial media ilə bağlı AÇIQLAMA

“Əməkdaşlıq çərçivəsində sosial media münasibətlərinin qurulması, həmçinin bu kimi platformaları təqdim edən aparıcı şirkətlərin qarşısında məsələlərin qaldırılması var. Azərbaycanda sosial media məsələlərində hesabların və onu işlədənlərin kimliklərinin olmaması, bunu həyata keçirən platformaların bu barədə məlumatları verməməsi, sosial media vasitəsilə terrorizm, zorakılıq və digər neqativ tendensiyaalrı təbliğ olunması var”.

KAİM.az KONKRET.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bunun qarşısının alınması ilə bağlı məsələlər müstəviyə çıxanda feysbuk, tvitter kimi platformalar və digər resurslar tərəfindən lazımi imkanlar yaradılmır: “Məsələn, Almaniyanın özündə də bunula bağlı qanun qəbul edilib ki, hər hansı zorakılıq və Almaniya qanunlarına müvafiq gəlməyən hallar olduğu təqdirdə onlar bu cür sosial media platformaları qarşısında məsələ qaldırılar. Ona görə də sosial mediada gedən neqativ, cəmiyyətimizə və insanlarımıza mənəvi, sosial-psixoloji təsir edə biləcək məlumatlarla bağlı məsələdə tək Azərbaycanın deyil, qardaş ölkələrin də narahatlıqları var. Xüsusən də ermənilərin bəzi təbliğat dairələri sosial mediadan istifadə edərək cəmiyyətə neqativ fikirlərin çatdırılmasını hədəflər kimi qarşıya qoyurlar”.

H.Hacıyev bildirib ki, bu məsələdə də əməkdaşlığın ilkin çalarları barədə geniş fikir mübadiləsi aparılıb.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button