Top.Mail.Ru
SOSİAL MEDİA

Eksperiment naminə 40 gün ac və susuz qalan bloger ÖLDÜ

40 yaşlı Abxaziyalı bloger instagram və youtube kanalında öz üzərində maraqlı təcrübə apararaq, günlərlə ac qalıb.

40 günlük aclığa başlayan Vitaliy Vıqranovskiy 40 gün yeməksiz və susuz yaşamağı öz üzərində sınayacağını elan edib. O, mart ayından eksperimentə başlayıb.

KAİM.az xəbər verir ki, aclığın 10-cu günündə blogerin halı xarab olub və yaşadığı mühit, şəhər onu qıcıqlandırmağa başlayır.

Buna görə o, Abxaziyaya daha sakit mühitə gedir. 20-ci gün bloger izləyicilərinə tam təmizləndiyini, arıqladığını, özündə güc hiss etdiyini bölüşüb. 33-cü gün kişi özünü çox pis etsə də həkimə müraciət etməyib.

39-cu gün bloger huşsuz vəziyyətdə xəstəxanaya çatdırılır və 1 gün ərzində o ölüb.

Vitaliy sonuncu ismarıcında bunları yazmışdı:

“Bu sadəcə oyun idi və mən bunu sona kimi oynadım. Çox maraqlıdır. Bütün qurdlar, parazitlər təmizləndi. Bədənim hər hüceyrəsi yeniləndi. Mən özümü fərqli hiss edirəm” / medicina.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button