Top.Mail.Ru
SOSİAL MEDİA

“WhatsApp”ın qoyduğu MÜDDƏT BİTİR: Müqaviləni qəbul etməyən hesablar BLOKLANIR

“WhatsApp” mesajlaşma tətbiqetməsinin yeni məxfilik müqaviləsinin 8 fevralda qüvvəyə mindiyini açıqladıqdan sonra yüz minlərlə istifadəçi alternativ tətbiqetmələrə müraciət etdi.

KAİM.az xəbər verir ki, qısa müddətdə şirkətin səhmlərinin ucuzlaşmasına baxmayaraq, “WhatsApp” yeni məxfilik sazişinin qüvvəyə minəcəyi tarixin vaxtını uzatmaqla kifayətləndi.

Yeni məxfilik müqaviləsini qəbul etmək üçün son tarixi 15 maydır.

Ondan 120 gün sonra hesablar avtomatik silinəcək.

Şirkətin iddiasına görə, müqaviləni qəbul edənlərin mesajları gizliliklərini qorumağa davam edəcək. Bununla yanaşı, “WhatsApp” abunəçilərinin şəxsi məlumatlarına daxil ola biləcək. İstifadəçilər məkana, alış tarixçəsinə və cihaz məlumatlarına daxil ola biləcəklər. Bu məlumatlar “Facebook”la da paylaşılacaq.

Şirkət telefon nömrələrinin bir müəssisə ilə paylaşılması məsələsinə də aydınlıq gətirib.

Buna əsasən, qərarı istifadəçi verəcək. “WhatsApp” abunəçiləri istənilən vaxt tətbiqi bloklamaq hüququna sahib olacaqlar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button