Top.Mail.Ru
SOSİAL MEDİA

İlham Əliyevin açıqlaması Tvitterdə REKORD QIRDI – Azərbaycana DÜNYADAN DƏSTƏK – VİDEO

Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı BBC-yə verdiyi müsahibə Tvitterdə 3 milyon baxış sayını keçib.

85 mindən çox insan tərəfindən bəyənilən paylaşıma 3 minə qədər şərh gəlib. 33 minə qədər insan isə videonu öz profilində paylaşıb.

Qeyd edək ki, təkcə 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxın müsahibə verib. Prezident bütün müsahibələrində Azərbaycanın beynəlxalq hüquqa hörmətlə yanaşdığını, ədaləti müdafiə etdiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdiyini dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Bu baxımdan, Prezident İlham Əliyevin 3 milyondan çox izlənilən müsahibəsinin xüsusi əhəmiyyəti var. İndiyə qədər Azərbaycanla bağlı heç bir müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button