Top.Mail.Ru
SOSİAL MEDİA

“Twitter”in yeni funksiyası: Artıq hesablardan “bəxşiş” almaq MÜMKÜN OLACAQ

“Twitter” mikrobloq xidməti istifadəçilər üçün “bəxşiş” almaq və göndərmək funksiyasını işə salıb.

KAİM.az bildirir ki, bu barədə şirkətin məhsul meneceri Ester Crouford öz bloqunda xəbər yayıb.

“Biz istəyirik ki, qarşılıqlı dəstəyiniz “bəyənmə”, “retweet” və “follower”lərlə yanaşı daha asan olsun. Bu gün “Tip Jar”ı (“bəxşiş bankı”) – “bəxşiş” almanın və göndərmənin yeni üsulunu təqdim edirik”, – deyə o, bildirib.

Artıq istifadəçilər pul köçürməyin mümkün olduğu xidmətlər və tətbiqlərin siyahısını öz “Twitter” hesablarına bağlaya bilər.

İanə almaq istəməyən istifadəçilər isə sadəcə bu funksiyanı bağlaya bilərlər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button