Top.Mail.Ru

SOSİAL MEDİA

“WhatsApp”ın yeni istifadə qaydaları qüvvəyə minib

“WhatsApp” messenceri ciddi mübahisələrə səbəb olan yeni istifadə qaydalarını qəbul etməyən şəxslərə qarşı tədbirlərə start verib.

KAİM.az xəbər verir ki, mayın 15-dən başlayaraq qaydalarla razılaşmayan istifadəçilərin zəngləri və mesajları bloklanacaq.

Hərçənd, bundan əvvəl bir neçə həftə ərzində istifadəçiyə xəbərdarlıq göndəriləcək.

Loading...
Yazının davamı reklamdan sonra

Şirkətdən verilən açıqlmaya görə, yeni qaydalara əsasən, şəxsi yazışma və zəng məlumatları həmişəki kimi öz məxfiliyini qoruyub saxlayacaq.

Qeyd edək ki, “WhatsApp”ın yeni istifadə qaydaları cari ilin əvvəllərindən başlayaraq ciddi etirazlara səbəb olub. Milyonlarla istifadəçi messenceri boykot edərək, alternativ proqramlara üstünlük verib. Bəzi ekspertlərin fikrincə, yeniliklər ABŞ xüsusi xidmət orqanlarına istifadəçiləri izləmək və onların mövqeyinə təsir etmək kimi imkanlar yaradır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button