Top.Mail.Ru
SOSİAL MEDİA

“WhatsApp” iarifadəçilərinin nəzərinə: Yeni funksiya yaradılacaq

“Android” əməliyyat sistemində çalışan mobil telefonların istifadəçiləri “WhatsApp”da öz hesablarına “fləş zəng”in köməyi ilə daxil olmaq imkanı qazanacaqlar.

KAİM.az xəbər verir ki, bu barədə “Webetainfo” portalı bildirib.

Hazırda messencerdə hesaba giriş üçün SMS parollardan istifadə olunur – smartfona birdəfəlik kod gəlir.

Telefonda yeni funksiyanın yaradılmasından sonra “WhatsApp”da yeni zəng yaradılacaq, həm də ona cavab vermək lazım olmayacaq – yeni əlavə bunu sərbəst şəkildə edəcək. Bunun üçün o çağırışların tarixinə girişi tələb edəcək.

Qeyd edilir ki, yenilik “iOS” sistemində əlçatan olmayacaq, çünki proqramın bu əməliyyat sistemində zənglərin siyahısına giriş əldə etmək mümkün deyil.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button