SOSİAL MEDİA
Niderland mediası Azərbaycan mətbəxinin xüsusi ənənələrinə diqqəti CƏLB EDİB

Niderland Krallığının https://www.smaack.nl/ adlı portalında “Azərbaycanın kulinariya mədəniyyətinin xüsusi ənənələri” sərlövhəli məqalə yerləşdirilib.
KAİM.az xəbər verir ki, məqalədə Bakıda anadan olmuş, amma yeniyetmə dövründən Niderlandda yaşayan soydaşımız Əsmər Bəydəmirova-Aşurbəylinin milli mətbəximizin qədim ənənələri və yemək mədəniyyəti haqqında fikirlərinə geniş yer verilib.
Əsmər xanım milli mətbəx və Azərbaycan adət-ənənələri haqqında məlumatları təsis etdiyi https://chinar.eu/ veb saytında da bölüşdüyünü nəzərə çatdırıb. Məqalə müəllifi oxucuları sayta daxil olmaqla Azərbaycan mətbəxinin ənənələri ilə yaxından tanış olmağa çağırıb.
Məqaləni bu linkdən oxumaq mümkündür.