Top.Mail.Ru
SOSİAL MEDİA

Tramp “Facebook”, “Google” və “Twitter”-ə qarşı birləşməyə çağırdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarını “Facebook”, “Google” və “Twitter” kimi şirkətlərə qarşı verilmiş kollektiv məhkəmə iddiasına qoşulmağa çağırıb.

KAİM.az xəbər verir ki, o, bu barədə Finiks şəhərindəki mitinqdə çıxışı zamanı bildirib.

Eks-prezident bəyan edib ki, texnoloji nəhənglər amerikalılara qarşı qeyri-qanuni senzura həyata keçirirlər.

Siyasətçi sosial şəbəkə sahiblərinə qarşı mübarizəsini “söz azadlığı uğrunda savaş” adlandırıb və bu hüququ bərpa etməyincə təslim olmayacaqlarını qeyd edib.

Xatırladaq ki, yanvar ayında Konqresə hücumdan sonra Trampın bir çox şəbəkə hesabları bağlanılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button