Top.Mail.Ru
SOSİAL MEDİA

Facebook serverlərindəki bütün lövhələr internetdən YOXA ÇIXIB – Joost Schellevis

“Nə baş verdiyi hələ yüz faiz aydın deyil. Facebooka artıq daxil olmaq mümkün deyil. Çox vaxt bunun səbəbi tez bir zamanda düzəldilə bilən sadə bir səhvlə bağlı olur”.

KAİM.az xəbər verir ki, bu sözləri Facebookun texniki redaktoru Joost Schellevis deyib.

“Amma indi sanki Facebook serverlərindəki bütün lövhələr internetdən yoxa çıxıb. Biz indi onların harada və hansı istiqamətdə olduğunu öyrənməliyik. Bundan sonra onlar yenidən quraşdırılmalıdır. Bu səbəbdən bu kəsilmənin bir müddət davam etməsi gözlənilir”, – deyə o bildirib.

Qeyd edək ki, “Facebook” işçiləri kompleksin təhlükəsizlik sistemində nasazlıq olması səbəbindən şirkətin serverlərindəki xətalarla bağlı problemləri həll etmək üçün ofislərinə daxil ola bilmirlər.

Bu barədə “New York Times” məlumat yayıb.

 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button