Top.Mail.Ru
SOSİAL MEDİA

“WhatsApp”dan son giriş vaxtı və profil şəkli ilə bağlı YENİLİK – FOTO

“WhatsApp” messencerində istifadəçilərin məxfiliyini artıracaq yeni funksiya işə salınıb. Yeniləmə 2.21.23.14 proqram versiyası olan istifadəçilər üçün əlçatan olacaq.

KAİM.az xəbər verir ki, söhbət messencerdə bəzi kontaktlardan profil məlumatlarını gizlətmə qabiliyyətindən gedir.

Bundan sonra istifadəçilər son giriş vaxtını, profil şəklini və “Haqqımda” blokunu görən şəxslərin siyahılarını fərdiləşdirə biləcəklər. Bu funksiya əvvəllər proqramın ayrı-ayrı “beta” versiyalarında sınaqdan keçirilib.

Bunun üçün “Mənim kontaktlarım, …istisna olmaqla” adlı funksiyanı aktivləşdirmək lazımdır.

Yeniliklə təmin olunmayan cihazlarda bu funksiya növbəti yenilənmə zamanı əlçatan olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button