Top.Mail.Ru

SOSİAL MEDİA

“WhatsApp”da səsləri arxa fonda dinləmə funksiyası işə salındı

“WhatsApp” səsli mesajlara qulaq asmağı daha da rahatlaşdırıb.

KAİM.az xəbər verir ki, artıq onları yazışmanın içərində olmadan da dinləmək mümkündür.

Yeni söhbət və ya messengerin əsas ekranına keçdiyiniz zaman səsli mesaj pleyeri proqramın yuxarı hissəsində görünür.

Loading...
Yazının davamı reklamdan sonra

Burada həmçinin oxutmanı dayandırmaq və başlamaq üçün düymələrdən istifadə etmək, eləcə də səsli mesajın müddət göstəricilərini izləmək olar.

Yeni arxa fonda dinləmə funksiyası səsin oxunmasını dayandırmadan başqa söhbətlərə keçməyə imkan verir.

Hələlik yenilik “WhatsApp”ın Android üçün beta versiyasında işləyir. Lakin tezliklə iOS və Android smartfonların bütün istifadəçiləri üçün əlçatan olacaq.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button